“Dövlətin, xalqın inkişafı üçün normal müxalifət lazımdır”
Tarix: 03.04.2013 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


Zərdüşt Əlizadə: “Geri təfəkkürlü ənənəvi müxalifət bu funksiyanı yerinə yetirə bilmir”


“Hər bir partiyacığaz bu seçkidə özü üçün mənfəət axtarır”

Müxalifət qarşıdakı prezident seçkisinə parçalanmış və bir-birinə zidd mövqelərdə təmsil olunan bloklarla gedir. Bu isə müxalifətin onsuzda gücsüz olan mövqeyini bir qədər də zəiflədir. Ənənəvi müxalifət ümumi düşərgə mənafeyi naminə birləşmək və vahid güc nümayiş etdirmək üçün hər hansı intellektual müzakirələr aparmaq iqtidarında da deyil.

Hazırda müxalifət daxilində artıq bir neçə blokun meydana çıxması və yenilərinin yaranacağı da seçkidə ayrı-ayrı müxalif blokların və eləcə də prezidentliyə namizədliklərini ayrıca irəli sürmüş partiya və şəxslərin sayının daha da artacağını ortaya qoyur. Məsələn, “ictimai” palata”da təmsil olunan Müsavat və AXCP partiyalarının hər biri ayrılıqda öz namizədlərini irəli sürəcək, “ictimai palata”dan qopmaqda olan Pənah Hüseyn ADP sədri Sərdar Cəlaloğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə ilə, Yaşıllar Partiyası VİP-lə yeni blok yaradır, “El” hərəkatının ayrıca namizədinin olacağı bildirilir və sair. Bütün bunlar seçkiərəfəsi parçalanmış düşərgənin acınacaqlı mənzərəsini aydın göstərir...
Bu barədə qəzetimizə fikirlərini bildirən siyasi ekspert Zərdüşt Əlizadə belə qeyd etdi: “Bu seçki ərəfəsində hər bir siyasi partiya, partiyacığaz, siyasi qrup və başçılar özləri üçün mənfəət və imkanlar axtarırlar. Hazırkı şəraitdə bu qrupların imkanları çox məhduddur və onlar öz kiçik resurslarını birləşdirib nəyəsə nail olmağa çalışırlar. Amma mən müxalifətdə bütün bu zahiri canfəşanlığın və fəallığın hər hansı siyasi nəticəyə gətirib çıxaracağına inanmıram”.
Pənah Hüseynin “ictimai palata”dan ayrılıb ADP sədri Sərdar Cəlaloğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə ilə birlikdə yeni blok yaratması ilə bağlı müzakirəyə gəlincə, bu müxalifətin olmayan gücünə güc vermir. Bu barədə Z.Əlizadə belə düşünür: “Tutalım Sərdar Cəlaloğlu, Pənah Hüseyn və digərləri də “ictimai palata”da təmsil olunacaqlar. Bu, müxalifət düşərgəsinə nə verəcək ki? Bununla müxalif qüvvənin çəkisinin artacağını düşünmürəm. Bütün bunlar hamısı mənasız yerdəyişmələrdir və müxalifətin gücünü artırmır, əksinə azaldır və ziddiyyətlərə səbəb olur. Nəticə o olacaq ki, seçkidə müxalifət çoxlu namizədlərlə çıxış edəcək və bu, uğursuzluğu daha da güclü edəcək. Halbuki bütün ənənəvi müxalifət birləşsə belə, indiki halda seçkidə heç bir siyasi nəticə əldə edə bilməyəcək. O ki qaldı onların ayrıca bloklar yaradaraq nəyəsə nail olmağa çalışmasına, bu, vəziyyəti bir az da qəlizləşdirir və müxalifət daxilində şəxsi mənfəətpərəstlikdən doğan ziddiyyətləri gücləndirir.
Bu fəallığın və müxalifətdə bir tərəfdən qopub o biri tərəfdə blok yaratmağın hansısa önəm və məna daşıdığını düşünmürəm. Sadəcə, bizim müxalifət görüntü yaratmaqla məşğuldur”.
Ekspert qeyd edir ki, onsuz da müxalifətin imkanları çox məhduddur və üstəlik bu cür proseslər də müxalifətə çoxlu maneçiliklər törədir: “Həmçinin, müxalifət daxilində hakimiyyətə yaxınlığı ilə tanınan qruplar da düşərgədə parçalanma meyillərinin daha da güclənməsinə səbəb olurlar. Onlar da əlavə müxalifətə maneə yaradırlar”.
Z.Əlizadə qeyd etdi ki, dövlətin, xalqın inkişafı üçün əslində normal müxalifət lazımdır: “Amma geri təfəkkürlü, zəkavi potensialdan məhrum ənənəvi müxalifət bu funksiyanı yerinə yetirə bilmir”. Onun sözlərinə görə, bu müxalifət bütün göstəricilər baxımından rəqabət aparmaq gücündə deyil: “Bu azmış kimi hələ bir ayrıca şəkildə bloklar da yaradırlar. İndiki şəraitdə - imkanların məhdud olduğu vaxtda, hakimiyyətin güclü maneələrinə rast gəldikləri zaman, özləri özlərini parçalayırlar”.
Ekspert bir daha qeyd etdi ki, bütün bunlara görə hər hansı bloklaşmalarda mən heç bir məna görmür.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb
21.10.2019
Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb
21.10.2019
Moldovada keçirilən yerli seçkilərdə sosialistlər qalib gəlib
20.10.2019
Daşkənddə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı bağlı tədbir keçirilib
20.10.2019
Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info