Rusiyanın daxili işlər naziri Bakıya gəlib-YENİLƏNİB
Tarix: 06.12.2016 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyev Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.
 
APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları, daxili işlər nazirlikləri arasında uğurla inkişaf etdiyi bildirilib, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi qeyd olunub.
 
Səfər zamanı daxili işlər nazirlikləri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıqla bağlı məsələlərin müzakirə ediləcəyi vurğulanıb, əlaqələrimizin gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.
 
V. Kolokoltsev ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığa göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinə toxunan V. Kolokoltsev sammitdə dövlət başçıları tərəfindən imzalanan Bəyannamənin qarşılıqlı faydalı əməkdaşlıq və birgə fəaliyyətlə bağlı məsələlərin müzakirəsi zamanı əlaqələrin inkişafı üçün əlavə stimul yaratdığını deyib.
 
Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinin əhəmiyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu formatın artıq formalaşdığını və bunun, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi işinə istiqamətləndiyini deyib.
 




 
Bölməyə aid digər xəbərlər
23.11.2019
Yunanıstanın Samos adasında miqrantlar meşədə müvəqqəti evlər inşa edir
23.11.2019
Mehriban Əliyevanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub
23.11.2019
Prezident İlham Əliyev dekabrın 20-də rusiyalı həmkarı ilə görüşəcək
23.11.2019
Baş Nazir Əli Əsədov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının Şərq Tərəfdaşlığı İnvestisiya Sammitində iştirak edib
22.11.2019
Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq“ ordenini təqdim edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info