“Azərbaycanla bütün sahələrdə əməkdaşlıq üçün şərait təmin olunmalıdır”
Tarix: 06.12.2016 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


“Azərbaycanla bütün sahələrdə əməkdaşlıq üçün şərait təmin olunmalıdır”. 
 
Bunu APA-nın Tehran bürosuna açıqlamasında İran parlamentinin spikeri Əli Laricani deyib. 
 
O bildirib ki, Azərbaycanla əlaqələrin inkişaf tempi müsbətdir: “Düşünürəm iki, ölkə arasında mövcud olan potensiala görə Azərbaycanla bütün sahələrdə əməkdaşlıq üçün şərait təmin olunmalıdır. İndiki şəraitdə iki ölkənin əlaqələrini inkişaf etdiyini düşünürəm və gələcək əməkdaşlıq perspektivləri yaxşı görürəm”.
 
İran-ABŞ münasibətlərinə gəldikdə isə Ə. Laricani deyib ki, Donald Tramp ABŞ-ın hazırkı prezidentindən daha ağıllı davranıb. Bununla belə o, Trampın İrana qarşı tutacağı mövqe haqqında indi konkret fikir bildirməyin mümkünsüz olduğunu bildirib: “Ona görə ki, bu məkrli addımlar hazırkı prezidentin dövründə atılıb. Trampın indiyədək açıqladıqları fərqli məsələlər olub. Nüvə məsələsi və İranın “5+1” ölkələri və ABŞ-la əldə etdiyi razılıq, regional məsələlərlə bağlı daha ağıllı çıxışlar edib. Deyib ki, elə olmamalıdır ki, 6 milyard dollar xərclənsin və nəticədə 5-6 min amerikalı həlak olsun. İŞİD-lə bağlı da açıq danışıb. Dediklərini icra edərsə, özündən öncəki prezidentdən daha ağıllı davranmış olacaq”. 
 
Ə. Laricani qeyd edib ki, İranın regional məsələlərlə bağlı öz mövqeyi var: “Amerika “İŞİD”ə kömək edir. “İŞİD”in müasir silahlardan istifadəsinə necə haqq qazandırırlar? Amerikalılar regionda gərginlik yaradıblar. Əslində, regionda təhlükəsizliyin lövbər saldığı yer bizik. Hücuma məruz qalmış İraqı və müqavimət qüvvələrini dəstəkləyirik. Biz məsuliyyət hiss etdiyimiz üçün bu işi görmüşük, özlərini yuxuya vurmuş ölkələr ayıq olmalıdırlar”.




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
“Özümə yer eylərəm, sonra gör, sənə neylərəm...“
30.11.2020
Putin Paşinyanla görüşməkdən imtina edib...
30.11.2020
Yerevanda əsgər anaları yenidən ayaqda-VİDEO
30.11.2020
Moskvada koronavirusdan daha 74 nəfər ölüb
29.11.2020
Rusiyalı həkimdən dünyaya daha bir epidemiya xəbərdarlığı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info