“Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” yaradılıb
Tarix: 06.12.2016 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Azərbaycan və Ermənistan hüquq müdafiəçiləri hər iki ölkənin prezidentlərinə və xalqlarına müraciət qəbul edib. APA-nın xəbərinə görə, müraciətdə deyilir ki, erməni və Azərbaycan xalqları bu münaqişədən çoxdan yorulub və yeni-yeni itkilər istəmir. Bu münaqişəni ermənilər və azərbaycanlılardan başqa kiminsə həll etməyə qadir olduğunu düşünmək sadəlövhlük olardı: “Bundan irəli gələrək biz sizləri aşağıdakı addımları atmağa çağırırıq:
- Mərdlik və müdriklik göstərin, keçmişin girovuna çevrilməyin, gələcəyə baxın və müharibənin faciəvi nəticələrindən dərs çıxarın;
- Münaqişənin tezliklə sülh yolu ilə həlli üçün substantiv və nəticəyə yönəlmiş danışıqlar sürətləndirilməli, danışıqların imitasiyasına son qoyulmalıdır. Münaqişənin tezliklə həlli təkcə Dağlıq Qarabağın yox, həm də Ermənistanın və bütün regionun inkişafına təkan verəcək və bu, iki ölkə arasında sülh və əməkdaşlığa misilsiz töhfə olacaq. Bu halda heç bir tərəf nə qalib, nə məğlub sayılacaq və istər erməni, istərsə də Azərbaycan xalqı üçün məğlubiyyətsiz nailiyyət əldə ediləcək;
- ATƏT-in Minsk qrupu həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə qəbuledilməz və dayanıqsız elan etdiyi status-kvo yaxın vaxtlarda dəyişdirilməlidir;
- Hazırkı status-kvonun təməlini təşkil edən işğal faktı aradan qaldırılmalı, qoşunların çıxarılması təmin edilməlidir;
- Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə təhlükəsiz və ləyaqətli qayıdışı təmin olunmalıdır;
- Bu gün Azərbaycan tolerant, multikultural və inkişaf etməkdə olan ölkədir, burada erməni mənşəli 30 min vətəndaş sərbəst yaşayır və onların hüquqları hətta münaqişəyə rəğmən diskriminasiyaya məruz qala bilməz. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlı və erməni icmalarının dinc, təhlükəsiz birgə yaşayışı üçün heç bir problem yoxdur. Ona görə də, erməni və azərbaycanlıların etnik uyğunsuzluğu və onların birgə yaşayışının qeyri-mümkünlüyü barədə əsassız, irqçi düşüncələr qətiyyətlə rədd edilməlidir;
- Bu kontekstdə, hər iki icmanın hüquqlarına və təhlükəsizliyinə təminat veriləcəyi, Azərbaycan tərkibində Dağlıq Qarabağ Muxtar Respublikasının yaradılması haqda təklif potensial və reallaşdırılması mümkün kompromis kimi Ermənistan və Azərbaycan ictimaiyyətləri tərəfindən ciddi şəkildə nəzərdən keçirilməyə layiqdir. “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” da yaradılıb. Bununla bağlı qəbul olunmuş bəyanatda deyilir ki, münaqişəni Ermənistan və Azərbaycan xalqlarının iradəsi hesabına həll edilməsinin mümkünlüyünü nəzərə alaraq, Azərbaycan və Ermənistan xalqlarının öz müqəddəratını təyin etmək hüququndan istifadə edərək müstəqil və suveren Azərbaycan və Ermənistan respublikalarını onların beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində yaratmalarını qəbul edərək, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, münaqişənin mərhələli həlli və regionda möhkəm sülhün bərqərar olması üçün mühüm başlanğıc olacaq Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 rayonun işğaldan azad edilməsinin vacibliyini qeyd edərək, məcburi köçkünlərin doğma yurd-yuvalarına layiqli və təhlükəsiz qayıtmaq hüququnu tanımaqla, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Dağlıq Qarabağ Muxtar Respublikası kimi Azərbaycanın ərazi bütövlüyü sərhədləri çərçivəsində Dağlıq Qarabağın Azərbaycan və erməni əhalisinin iştirakı ilə yekun statusunun müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək, əsası 2016-cı ilin noyabrın 8-də qoyulmuş sülh təşəbbüsünü davam etdirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə pozitiv töhfə vermək üçün “Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma”nı yaradılması razılaşdırılıb. Platforma vətəndaş ictimai institutlar, qeyri-hökumət təşkilatları, ictimaiyyət və din xadimləri, ekspertlər, alimlər və Ermənistan və Azərbaycanın sadə vətəndaşları, habelə onun inkişafına töhfə vermək istəyən digər dövlətlər üçün açıq elan edilib. Münaqişənin tezliklə sülh yolu ilə həllinə töhfə vermək məqsədi ilə Platforma iki ölkənin ictimaiyyət nümayəndələri ilə daimi əməkdaşlıq quracaq və xalq diplomatik fəaliyyətə cəlb olunacaq. Beynəlxalq hüququn norma və prinsiplərini və Helsinki Yekun Aktını rəhbər tutaraq Platforma ATƏT-in Minsk qrupu və həmsədr ölkələrlə sıx əməkdaşlığı nəzərdə tutur. Platforma Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 işğal olunmuş rayonun azad edilməsi istiqamətində kompleks tədbirləri görməyə çağırır. İlk addım kimi məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağı erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsi, habelə Ermənistan və Azərbaycan arasında iqtisadi, siyasi əlaqələrin bərpası və kommunikasıyaların açılması olmalıdır. Platforma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bağlı ictimai müzakirələrin keçirilməsi üçün təklif və tövsiyələrlə çıxış edəcək. Platforma Azərbaycan və Ermənistan xalqlarını barışdırmaq üçün addımlar atacaq. Platforma birgə yaşayış, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yekun statusu və sülh prosesinin müzakirəsi üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları nümayəndələrinin görüşlərini təmin edəcək. Platformanın erməni və azərbaycanlı nümayəndələrinin və beynəlxalq tərəfdaşların geniş tərkibdə iştirakı ilə “Sülhə doğru yol” adlı Forum təşkil olunacaq. “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma”nın fəaliyyətini təmin etmək məqsədi ilə Katiblik yaradılacaq. Katibliyə hər ölkədən iki həmsədr rəhbərlik edəcək. “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma”nın təsis edilməsi haqqında məlumat Azərbaycan və Ermənistan prezidentlərinin, habelə Birləşmiş Millətlər Təşkilatı və onun ixtisaslaşmış qurumlarının, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının diqqətinə çatdırılacaq. Bəyanatı Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova (“İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək” İctimai Birliyinin sədri) imzalayıb.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Yeni Delhidə havanın çirklənməsi təhlükəli səviyyəyə çatıb
06.12.2019
Prezident Şamaxıda “ASAN Həyat“ kompleksinin açılışında iştirak edib
06.12.2019
Azərbaycan Prezidenti: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk
06.12.2019
Prezident: Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır
05.12.2019
Prezident: Gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
5 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info