Ermənistanda maaş əvəzində insanlara pendir paylanıb
Tarix: 07.12.2016 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Ermənistanın Qeqarkunik vilayətinin Çambarak şəhərində əməkhaqları ilə bağlı yığılmış borcların əvəzində insanlara rokfor pendiri paylanıb. “Novosti Armenia”nın məlumatına görə, insanlar bir neçə aylıq işlərinin qarşılığında maaşlarını tələb ediblər.
“Aştarak kat” zavodunun rəhbərliyi isə bunun qarşılığında kiloqramını 2 min dramdan (4,1 dollar) hesablamaqla əhaliyə rokfor pendiri verib. Şəhər meri Yuri Avalyan bildirib ki, əvvəlcədən pendirin qiymətinin 2,5 min dram (5,2 dollar) olması razılaşdırılsa da, sonradan bu rəqəm dəyişdirilib: “Hazırda zavodda təxminən 60 ton pendir var, lakin prosesin reallaşdırılmasında problem yaranıb. Əgər pendir zavod ərazisindən çıxarılsa, xarab olacaq. Ona görə də satış üçün bazar axtarırıq. Həmçinin Rusiyaya ixrac edilməsi ilə bağlı da yollar axtarılır”. Qeyd edək ki, rokfor fransız pendir növüdür.




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
Moskvada koronavirusdan daha 74 nəfər ölüb
29.11.2020
Rusiyalı həkimdən dünyaya daha bir epidemiya xəbərdarlığı
29.11.2020
Ermənistan prezidenti Paşinyan hökumətinin istefasını tələb edib
29.11.2020
Erməni ziyalılarından çağırış: Azadlıq meydanına toplaşın!
29.11.2020
Qara dəniz üzərində gərginlik...

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
4 “Ezo gəlin” şorbası necə bişirilir?
5 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info