Partiyaların xəyali üzvləri
Tarix: 03.04.2013 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Müxaliflər bir-birilərinə qarşı 5-10 nəfərlik
“elektorat ovu”na çıxmaqla hansı çəkidə olduqlarını özləri ifşa edirlər


Müxalifət partiyaları uzun illərdir, elektorat qıtlığından əziyyət çəkirlər. Müxalif partiyaların bütün siyasi kampaniyalardakı ardıcıl uğursuzluqları, partiya başçılarının verdiyi vədlərin özünü doğrultmaması, düşərgədaxili ziddiyyətlərin baş alıb getməsi, başçıların şəxsi mənafelərini hər şeydən üstün tutmaları və sair amillər müxalif elektoratın tamamilə seyrəlməsinə, partiyaların kütləvi şəkildə boşalmasına gətirib çıxarıb. Buna görədir ki, ənənəvi müxalifət ictimaiyyətdə tam nüfuzsuzluğa uğrayıb. Hazırda özünü “ana müxalifət” adlandırmaq iddiası ilə çıxış edən AXCP, Müsavat kimi ənənəvi müxalifət partiyalarında, demək olar ki, barmaqla sayılacaq qədər adam qalıb.
Seçki ilində və ərəfəsində müxalifət partiyaları ciddi insan resursları və digər resurslardan məhrum olduqlarını açıq-aydın görürlər. Bu isə o deməkdir ki, müxalifət partiyaları kütləvi sayda üzvləri olan hakim partiya ilə rəqabət aparmaq gücündə deyil. Müxalifət partiyaları gerçəklikdə üzvlərinin sayının açıqlanmasında da maraqlı deyillər. Bu qurumların rayon təşkilatlarının isə ancaq adları var və əslində həmin rayon təşkilatları real olaraq yoxdur. Belə bir şəraitdə müxalifət partiyaları müxtəlif şişirtmə və bleflərlə seçkidə bir-birilərinə qarşı “elektorat” əzələsi göstərməkdə və beləcə, seçkiyə qədər günlərini başa vurmaqdadırlar.
Bu seçkidə elektorat qıtlığından və resurslardan ən çox əziyyət çəkən partiyalardan biri də AXCP-dir. Bu barədə ötən saylarımızda ətraflı yazmışıq ki, AXCP və onun sədri Əli Kərimli sosial şəbəkələrdə, partiyanın qəzetində “stəkanda fırtına” prinsipi ilə “virtual əzələ” qabartmalarına baxmayaraq, Kərimlinin bu seçki ərəfəsində nə maddi, nə də elektorat resursları yoxdur. Ekspertlər buna görə hələ də onun digər müxaliflər kimi namizədliyini irəli sürəcəyi ilə bağlı hər bir açıqlamadan yayındığını bildirirlər. Kərimli az öncə bahalı maşını olduğunu reklam etməsinə, bununla da maliyyə qaynağı olduğunu nəzərə çarpdırmağa çalışmasına baxmayaraq, əsl həqiqətdə bütün bunlardan şou-biznes nümayəndələri sayağı görüntü olaraq yararlanmağa çalışır. O, bu cür “özünüqabartma” xarakterli açıqlamalarla gündəmə gəlməyə çalışmaqla “isbatı-vücud” etmək istəyindədir. Amma bütün bu cəhdlərə baxmayaraq, ekspertlər, eləcə də müxalifət daxilindəki siyasilər bu partiyanın daha çox elektoratsızlığa, resurs qıtlığına məruz qaldığını önə çəkirlər. Kərimli bu ərəfədə bu baxımdan düşərgədə gücsüzlüyünün ifşa olunmasından çox təlaşdadır. Ona görə də yeri gəldi-gəlmədi, tez-tez partiyasına hansısa qurumdan “transfer” olduğunu deməyə çalışır. Bu cür açıqlamalar isə müxaliflərin bir-birilərinə qarşı “elektorat ovu” aparması fonunda tez-tez verilir və adiləşib. Bu dəfə isə Kərimli bu “taktika”ya əl atıb. Belə ki, “NİDA” adlı qurumun antiazərbaycan fəaliyyəti ifşa olunduqdan sonra bu qurum gənclər tərəfindən tərk edildi. Belə bir məqamı özü üçün fürsət bilən Kərimli Dərviş Məstəli Şah “Parisi dağıtdığı” kimi, “Facebook”da “NİDA”-ya qarşı təzyiqin gücləndiyi ərəfədə AXCP Gənclər Komitəsinə 38 nəfər yeni üzv qəbul olunduğunu” iddia edib. O, əslində bu açıqlaması ilə dolayı olaraq “NİDA”nı tərk edən gənclərin guya onun yanına gəldiklərini göstərməyə çalışır. Halbuki müxaliflər, o cümlədən Kərimli belə iddialarla çıxış edəndə “onların partiyalarına keçən” şəxslərin konkret adlarını, şəxsiyyəti təsdiq edən sənədləri təqdim etmirlər və bundan yayınırlar. Çünki yalanlarının üstünün açılacağını çox yaxşı bilirlər... Beləliklə, Kərimli bu dəfə “NİDA”nın vəziyyətindən sui-istifadə edib, sözdə “elektorat ovu”na çıxıb...
Xüsusilə qeyd edilməlidir ki, əslində hər hansı müxalif partiyanın “38 nəfər”, “12 nəfər” və sair bu civarlarda olan insan sayını qabartması, bu saylarda olan şəxslərin başqa müxalif qurumdan onların partiyasına gəlməsi ilə fəxr etməsi, çox vaxt isə bu baxımdan yalan danışmasının özü əslində çox şeyi deyir. Belə ki, əslində bu cür açıqlamalar da müxalif partiyaların özlərinin seçki ərəfəsində hansı həcmdə olduqları, mövcudluqlarının nə ölçüdə olduğu barədə mexaniki etirafdır. Müxalifət qurumları bir-birilərinə qarşı 5-10 nəfərlik “elektorat ovu”na çıxmaqla və bunu açıqlamaqla əslində hansı çəkidə olduqlarını özləri ifşa edirlər.
Onlar hətta yalan danışdıqda belə, “elektorat ovu” ilə bağlı açıqlamaları, xəyali “transfer”ləri 38 nəfəri, 14 nəfəri və sair keçmir. Bu isə Yeni Azərbaycan Partiyasının yüz minlərlə üzvü ilə, təbii, heç vəchlə müqayisə edilə bilməz. Hakim partiyanın üzvlərinin sayı artıq 600 min nəfərə çatıb. Üstəgəl, əhalinin partiya baxımından təşkilatlanmayan qismi də hakim partiyaya və onun sədrinə açıq rəğbət bəsləyir. Bunu son dövrlərdə istər yerli, istər beynəlxalq qurumlar tərəfindən keçirilən sosioloji sorğular da açıq-aşkar ortaya qoyur. Müxalifətin olan-qalan üzvlərinin də onları tərk etməsinin əksinə olaraq, demək olar ki, hər gün Yeni Azərbaycan Partiyasına çoxlu sayda üzvlər qəbul olunur. Özü də yalançı müxalifət partiyalarının bir-birilərinə qarşı şantaj və bleflərinin əksinə olaraq, sənəd-sübutlarla bu qəbul aparılır...
Bütün qeyd edilənlər bir daha onu göstərir ki, seçkidəki səsvermə prosesinin nəticəsi olaraq kim qalib gələcək...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20.10.2019
Avstraliyalı deputat Azərbaycan icmasının məktubuna cavab verib
19.10.2019
Kuba prezidenti Azərbaycana səfər edəcək
19.10.2019
Fransa məhkəməsinin separatçılarla imzalanmış “sazişi” ləğv etməsini alqışlayırıq
19.10.2019
Zatulinin Bakı-Moskva münasibətlərinə ziyan vurmaq cəhdi uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info