“Ermənistan uduzub”
Tarix: 06.12.2016 | Saat: 20:33:00 | E-mail | Çapa göndər
Mübariz Əhmədoğlu:
“Buna görə də regionda xaos yaratmağa çalışır”

“Dağlıq Qarabağ münaqişəsi ərazisində müharibəyə başlamağa ən çox hazır olan Ermənistandır. Çünki Ermənistan özü uduzub, regionda xaos yaratmağa çalışır”. Bunu dünən keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu dedi.
O qeyd etdi ki, 20 il əvvəl Rusiyada Qarabağ münaqişəsinin həll edilməmiş qalması ağrı yaratmırdı. Amma Rusiya indi başa düşür ki, Qarabağda müharibə başlasa, Şimali Qafqaza keçəcək. M. Əhmədoğlu qeyd etdi ki, nə qədər Rusiya beynəlxalq hüquqa hörmət qoymur, Avrasiya İqtisadi Birliyi parçalanacaq: "Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko bu birliyin parçalanmasından danışır. Belarus və Ukraynanı Azərbaycana yaxınlaşdıran Rusiyanın siyasətidir. Nə qədər Ermənistan Rusiya münasibətləri var, burada ən çox zərər çəkən Rusiya olacaq". Politoloq deyib ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Bunu ABŞ-a, Fransaya sübut etmək çətindir, çünki onlar tarixi öyrənmək istəmir. Lakin Qarabağın, İrəvanın Azərbaycan torpağı olmasını ən gözəl Rusiya bilir: “Bu tarixi Rusiya özü yaradıb. Bir gün erməni xəyanəti Rusiyanı pis günə salacaq, Azərbaycan da bundan qazanacaq. Amma Azərbaycan bunu istəmir".

“Ermənistanın Rusiya ilə artan hərbi əməkdaşlığı Gürcüstana ciddi təhlükədir”
O dedi ki, Ermənistanın RF ilə artan hərbi əməkdaşlığı Gürcüstana ciddi təhlükədir: “Gürcüstanı Ermənistanın Rusiya ilə bağladığı Birləşmiş Qoşun Qrupu müqaviləsi və Ermənistanda “İskəndər” raketinin yerləşdirilməsi ciddi narahat edir. Narahatlıq əsaslıdır. Müqavilə şərtinə görə, Birləşmiş Qoşun Qrupu Rusiya və Ermənistana müharibə təhlükəsinin qarşısını almaq üçündür. Ermənistan təhlükəni Azərbaycan və Türkiyə tərəfdən, Rusiya isə Gürcüstan tərəfdən modelləşdirir. Münasibətlərin səmimiliyinə görə Rusiya Türkiyə və ya Azərbaycanın Ermənistana hücum edəcəyinə inanmayacaq. Amma Gürcüstanda ABŞ hərbi bazasının yerləşdirilməsi, NATO gəmilərinin Gürcüstan limanlarına tez-tez yan alması müharibə təhlükəsinin Rusiya tərəfindən qavrayışını sürətləndirə bilər. Müqavilə şərtinə görə, Ermənistan da Rusiya ilə birlikdə Gürcüstana müharibə elan etməlidir. Ermənistan ərazisindəki “İskəndər” Bakı-Supsa kəmərini, Batumi və Poti limanlarını vura bilir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri Ermənistana daha yaxın ərazidən keçir. Ona görə Gürcüstan narahatdır və heç bir ritorikaya yol vermədən tədbirlər gördüyü hiss olunur. “Gürcü Dəmir Yollarının” və Şimal-Cənub qaz kəmərinin 25 %-lik aksiyalarının satışa çıxarılması həm də bununla bağlıdır. Çox böyük ehtimalla hər iki strukturun səhmlərinin alıcısı Azərbaycan şirkətləri olacaq. Bununla da Gürcüstan özünün strateji təhlükəsizliyinin təmini istiqamətində vacib preventiv addım atmış olur. Hər iki şirkətin səhmlərinin satışa çıxarılması mövzusu yeni deyil. Ən azı üç dəfə bu məsələ qaldırılıb. Hətta London birjasında alqı-satqının təşkilinə qədər razılaşma əldə olunan vaxt olub. Amma sonradan rəsmi Tbilisi geri çəkilib.İki strateji qurumun 25%-lik səhmlərini satışa çıxarması yalnız iqtisadi məsələ deyil, həm də birbaşa təhlükəsizlik məsələsidir. Şimal-Cənub qaz kəməri Rusiya qazını Gürcüstan ərazisi vasitəsilə Ermənistana nəql edir. Bu qaz kəməri ətrafında Gürcüstan üçün üç istiqamətdən xoşagəlməz vəziyyət yarada bilir: a) Rusiya ilə Gürcüstan arasında Ermənistana qaz nəqli ilə bağlı köhnə müqavilənin müddəti 2016-cı ilin aprel ayından bitib. Yenisi imzalanmayıb. Kəmərdə nəql olunan qazın 10%-i natura ilə Gürcüstana çatır. Rusiya natura ilə qaz verilməsini dayandırıb, tranzit haqqını valyuta ilə ödəmək, həm də kəmərin idarəçiliyində müəyyən qədər paya sahib olmaq istəyir. Bu isə Gürcüstanın Rusiya istiqamətindəki siyasətinə uyğun deyil. Eləcə də Gürcüstan yalnız natura ilə qaz almaqda maraqlıdır. b) Ermənistan ölkə daxilində qazın qiymətini aşağı salmaq barədə qərar qəbul edib. Qiymətin aşağı salınması üçün əsas mənbələrdən biri Gürcüstandan tranzit haqqını aşağı salmağı tələb etməkdir. Gürcüstan bu itkiyə də getmək istəmir. c) İran özündən kiçik dövlətlərə təzyiq etməyi milli atributa çevirən dövlətdir. Gürcüstandakı azərbaycanlıların beynini yumaqla İran Gürcüstanda özü üçün kontingent yaratmaq niyyətindədir. Bu sahədə işləri pis deyil. Hətta bəzi kəndlərdə uşaqlar məktəbə yalnız molla icazə verdiyi halda gedir. İran Gürcüstan üçün əlavə təzyiqlər barədə də düşünür. Ona görə qaz məsələsi İranın əlinə fürsət düşüb. Əgər “Qazprom” Gürcüstana təzyiq olaraq Şimal-Cənub kəmərində qaz nəqlini dayandırıb, Ermənistanı təmin etmək üçün İrandan qaz istəsə İran bu addımla razılaşacaq”.

“Rusiya tapşırıq versə,
Ermənistan Gürcüstanı vuracaq”

Onun fikrincə, yaranmış vəziyyət ən azı Gürcüstan üçün maliyyə itkisi ilə nəticələnə bilər: “İndi “Şimal-Cənub” kəməri xüsusilə Azərbaycanda dəyərə malikdir. Rəsmi Tbilisi səhmləri satışa çıxarmaqla həm pul qazana bilər, həm də Azərbaycan şirkətini İran-Rusiya arasında gedən qaz danışıqlarına rəsmən qoşa bilər. Azərbaycan həm İran, həm də Rusiya üçün faktordur. Gürcüstan əvvəlki illərdə Ermənistanın kommunikasiya və iqtisadi əlaqələrinə məhdudiyyətlər tətbiq etsəydi indi Ermənistan belə oyunlara gedə bilməzdi. Gürcüstan qarşısında antigürcüstan oyunlara getməməklə bağlı rəsmi öhdəlik götürərdi. Ermənistan rəhbərliyi 2008-ci ilin avqust hadisələri zamanı Gürcüstana hücum etməklə bağlı Ermənistana təzyiq edildiyini, amma Ermənistanın bu oyuna qoşulmadığını etiraf etdilər. Ermənistan Gürcüstana qarşı müharibə etməməklə bağlı Rusiyanın təklifini rədd etməsini presedent kimi təqdim edir. Avqust müharibəsi cəmi 5 gün davam etdi. Əgər müharibənin müddəti bir az uzansaydı Ermənistan müharibəyə qoşulacaqdı. Həm də o zaman Ermənistan Aİ-nin Şərq Tərəfdaşlıq Proqramının işə düşəcəyinə və bu proqramdan istifadə edərək təkcə Azərbaycan və Türkiyəni deyil, həm də Rusiyanı ciddi cəzalandıracağına möhkəm inanırdı. O zaman Ermənistan Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılmasını müzakirə edirdi. İndi Ermənistandakı Rusiya hərbi bazasının ömrü 49 il müddətinə uzadıldı. Birləşmiş Qoşun Qrupu barədə müqavilə imzalandı. Rusiyanın Ermənistanda 2-ci hərbi baza yaratması barədə fikirlər dövriyyəyə buraxılıb. Ermənistan indi Gürcüstanla sərhədlərinin mühafizəsini Rusiya qoşunlarına tapşırmaq məcburiyyəti qarşısındadır”.
Onun sözlərinə görə, Rusiyanın hazırda Gürcüstana qarşı müharibə aparmaq imkanı yoxdur. “Çünki Rusiyanın qoşunları səpələnib”, deyə o əlavə etdi.
Politoloq vurğuladı ki, Rusiya tapşırıq versə, Ermənistan Gürcüstanı vuracaq. Gürcüstan real təhlükə qarşısındadır: "Əgər Rusiya ilə Gürcüstan arasındakı 5 günlük müharibə zamanı Ermənistan Avropaya meyil edirdisə, indi vəziyyət fərqlidir. Ermənistan ərazisində Rusiyanın ikinci hərbi bazasını açmağa çalışır".
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
29.03.2017
“Pambıqdan emal olunmuş hazır məhsulun ixracı gəlirimizi daha da artıracaq”
28.03.2017
İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb
27.03.2017
Gizli xidmətimizin ilk general-leytenantı
27.03.2017
“Tam fərqli Azərbaycan yığması gördüm”
27.03.2017
“Novruz ərəfəsində 14 min İran vətəndaşına Azərbaycan vizası vermişik“

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5983

1 “İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
2 “Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var”
3 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
4 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
5 İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb
29.03 13:31 Tolerantlıq məkanı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info