“Mançester Yunayted” Yay Futbol Məktəbinin qalibləri Mançesterə yola düşürlər
Tarix: 07.12.2016 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


“Bakcell” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Mançester Yunayted” dördüncü Yay Futbol Məktəbinin qalibləri ilə görüş keçiriblər. Bakı Olimpiya Stadionunda keçirilən görüşdə Bakıda təşkil olunmuş “Mançester Yunayted” Yay Futbol Məktəbində təlim zamanı ən yüksək nəticələr göstərən 5 gəncə Mançesterə səfər etmək hüququnu verən sertifikat təqdim edilib.
Dekabrın 10-15-da baş tutacaq İngiltərə səfəri zamanı gənc istedadlar “Mançester Yunayted” klubu ilə tanış olacaq və klubun oyununu izləyəcəklər. Səfərlə əlaqəli xərclər “Bakcell” şirkəti tərəfindən qarşılanır. AFFA və “Mançester Yunayted” ilə birgə tərəfdaşlıq çərçivəsində hər il təşkil etdiyimiz “Mançester Yunayted” Yay Futbol Məktəbində uşaqlar üçün əlimizdən gələn şəraiti yaratmağa çalışırıq. Bu uşaqlar Azərbaycan futbolunun gələcəyi və hər birimizin fəxridir. Ümidvarıq ki, hər il olduğu kimi, bu il də Mançesterə səfər edən gənclər ilk öncə Azərbaycanı, daha sonra isə üzvləri olduğu futbol klubunu layiqincə təmsil edəcəklər. “Bakcell”, AFFA və “Mançester Yunayted” futbol klubu adından bu gənc, istedadlı futbolçularımıza uğurlar arzu edirik. ”, deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib. AFFA-nın baş katibi Elxan Məmmədov isə bildirib ki, AFFA artıq 4-cü ildir ki, “Bakcell” şirkəti ilə birgə "Mançester Yunayted” Yay Futbol Məktəbinin təşkilində əməkdaşlıq edir. "Mançester Yunayted” Yay Futbol Məktəbi ölkəmizdə uşaq futbolunun inkişafında və kütləvi futbolun təbliğində vacib rol oynayır. Qeyd edək ki, bu ilin sentyabr ayında “Mançester Yunayted” Yay Futbol Məktəbində “Mançester Yunayted” futbol məktəbindən Azərbaycana ezam olunan məşqçilər tərəfindən keçirilən təlim-məşq toplanışında AFFA-nın dəstəyilə təşkil olunan seçimlərdən uğurla keçmiş 9-12 yaşlı 32 gənc istedad iştirak edib. Təlim-məşq toplantısının bütün iştirakçılarına “Mançester Yunayted” klubu tərəfindən xüsusi sertifikat təqdim olunub və ən yaxşı nəticələr nümayiş etdirən 5 məzun Mançesterə səfər etmək imkanına sahib olub.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Azərbaycanda virusa görə iş saatı azaldılır?
23.11.2020
Şəhid ailələri və müharibə əlillərinə ev verilib
23.11.2020
Qarabağ regional ədliyyə idarəsi təsis olunub - Fikrət Məmmədov
23.11.2020
BNA hava şəraitinə görə sürücü və piyadalara müraciət etdi
23.11.2020
Nobel mükafatçısı 3 yaşlı Xədicəyə yardım ayırdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
2 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
3 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
4 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
5 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info