Sumqayıt şəhər 1 saylı Doğum evi əsaslı təmirdən sonra istifadəyə verilib
Tarix: 07.12.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Sumqayıt şəhər 1 saylı Doğum evi əsaslı şəkildə təmir edilib. 1959-cu ildə istismara verilən 1 saylı Doğum evi ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub.
75 çarpayılıq Doğum evində havalandırma, mərkəzləşdirilmiş oksigen qazı sistemi yaradılıb ki, bunun köməyi ilə istənilən vaxt hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür. Səhiyyə ocağında cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri də fəaliyyət göstərir. Burada yeni doğulmuşların reanimasiya şöbəsi, intensiv terapiya palatası yaradılıb. Doğum evinin həyəti abadlaşdırılıb, yaşıllıq salınıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əsaslı təmirdən sonra istifadəyə verilən Doğum evində şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri ilə görüşüb. Z.Fərəcov həkimlərə tapşırıq və tövsiyələrini verib, tibb müəssisələrində maddi-texniki bazanın yaxşılaşdırılması ilə bərabər, tibbi xidmətin keyfiyyətinin də yüksəldilməsinin vacibliyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Qaradağ rayonunda ağacəkmə kampaniyası keçirilib
06.12.2019
”Vikipediya”da tanınmış qadın şəxsiyyətlərimiz haqqında onlarla məqalə yaradılıb
06.12.2019
Aİİ tələbələri ağacəkmə aksiyasında iştirak ediblər
06.12.2019
Prezident və birinci xanım Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06.12.2019
Dünya azərbaycanlılarını virtual həmrəyliyə aparan yollar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info