“Türk axını”nın Qara dəniz hissəsinin tikintisinə 2017-ci ilin ikinci yarısında başlanılacaq”
Tarix: 07.12.2016 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Rusiya təbii qazının Türkiyəyə nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) Qara dənizdən keçəcək hissəsinin tikintisinə 2017-ci ilin ikinci yarısında başlanılacaq.
“Ria.ru” xəbər verir ki, bu barədə Rusiyanın enerji nəhəngi “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller deyib.
“Türk axını” layihəsi üzrə iki boru kəmərinin inşasının nəzərdə tutulan vaxtda - 2019-cu ilin sonuna qədər başa çatacağını bildirən A.Miller kəməri inşa edəcək icraçı şirkətlərin hələ seçilmədiyini qeyd edib: “Hazırda boru kəmərini inşa edəcək şirkətlərlə danışıqlar aparılır və ən yaxşı şirkətlərlə çalışacağıq”.
A.Miller “Türk axını” üzərindən Avropaya qaz ixracı üzrə prioritet marşrutların Türkiyə-Yunanıstan sərhədi olduğunu qeyd edib. O, “Türk axını”nın Avropa İttifaqı sərhədlərinə çıxışı olacaq yerlərdə kəşfiyyat işlərinin tamamlanmaq üzrə olduğunu və dekabrın ortasında bu barədə qərar verəcəklərini bildirib.
Xatırladaq ki, dekabrın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk axını” qaz boru kəməri layihəsi üzrə Rusiya ilə imzalanan hökumətlərarası sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak “Türk axını” boru kəmərinin tikintisinə 2017-ci ildə başlanılmasının planlaşdırıldığını və layihənin ilk hissəsinin 2019-cu ildə tamamlanması üçün hər hansı bir gecikmənin gözlənilmədiyini deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ölkəsinin öz təbii qazını zəruri zəmanət təmin olunacağı təqdirdə “Türk axını” qaz boru kəməri ilə Avropaya çatdırmağa hazır olduğunu bildirib. O qeyd edib ki, inşa ediləcək bir boru kəmərinin Yunanıstandan keçməklə Avropaya çatdırılması planlaşdırılır.
İstanbulda keçirilən XXIII Dünya Enerji Konqresi çərçivəsində oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə “Türk axını” qaz boru kəməri layihəsi üzrə hökumətlərarası saziş imzalanıb. Sazişi Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak və Rusiyanın energetika naziri Aleksandr Novak imzalayıb.
“Türk axını” ilə Rusiya təbii qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
Ukrayna Türkiyənin “Bayraqdar“ını alır
26.11.2020
Ermənistan parlamentində dava -VİDEO
26.11.2020
Şuşada erməni əsgərlərinin 2000-dən artıq meyiti tapıldı
25.11.2020
Ermənistan-Azərbaycan əlaqələri bərpa olunur? – Paşinyandan şok
25.11.2020
Ermənistanda daha iki nazir müavini istefa verdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info