“Şahdəniz-2”nin işlənməsinə 1 milyard dollar kredit ayrılıb
Tarix: 07.12.2016 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının qərarı ilə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində dünyanın ən böyük qaz yataqlarından olan Azərbaycanın “Şahdəniz-2” qaz yatağının işlənməsi məqsədilə özəl və dövlət sektora 1 milyard dollar kredit ayrılıb.
Bankın yaydığı məlumata görə, bu maliyyə vəsaitinə “Cənub Qaz Dəhlizi” QSC üçün özəl sektora 500 milyon dollar vəsaitin ayrılması və əlavə 500 milyon dollarlıq kredit üçün zəmanətin verilməsi daxildir. Zəmanət beynəlxalq banklar tərəfindən QSC-yə verilən 526 milyon dollarlıq kommersiya kreditlərinə aiddir. Bankın maliyyə yardımını hökumət sosial ehtiyaclara və karbohidrogendən asılı olan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi səylərinin davam etdirilməsinə yönəldə bilər.
“AİB 2015-ci ildə özəl sektor vasitəsilə “Şahdəniz” qaz yatağının genişləndirilməsi üçün layihəyə dəstək verib. “Cənub” qaz dəhlizinə verilən bu maliyyə yardımı AİB-in həmin layihənin inkişafı istiqamətində fəaliyyətə olan inamının bariz nümunəsidir”, - deyə bankın özəl sektor üzrə əməliyyatlar departamentinin baş direktoru Maykl Barrou vurğulayıb.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın “Cənub” qaz dəhlizinin seqmentlərini təşkil edən “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) layihələri ilə Türkiyəyə və bu ölkədən də Avropaya nəqli nəzərdə tutulur. 3 min 500 kilometr uzunluğundakı “Cənub” qaz dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2019-cu ilədək Türkiyəyə, 2020-ci ilə qədər isə Avropaya çatdırılması planlaşdırılır. Azərbaycanın bu il “Cənub Qaz Dəhlizi” layihəsinə ümumilikdə 2 milyard 809 milyon dollar vəsait sərf etməsi nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Ekspert: Azərbaycan bir çox məsələlərdə Rusiyanın ardıcıl tərəfdaşıdır
09.12.2019
İran və Azərbaycan arasında ticarət dövriyyəsi 100 faiz artacaq
09.12.2019
İqtisadiyyat Nazirliyi ilə Rusiya İqtisadi İnkişaf Nazirliyi arasında Niyyət Protokolu imzalanıb
09.12.2019
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
09.12.2019
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info