İncəsənətdə 60 il – ömür uzunluğunda yol
Tarix: 07.12.2016 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanın əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü İldırım Qasımov öz ad gününü qeyd edir. İldırım müəllim öz yoluna 1956-cı ildə Bakı Filarmoniyasında inzibatçı olaraq başlamışdır. Bu yalnız möhtəşəm karyeranın başlanğıcı, ilk addımı idi. İldırım müəllimə Azərbaycanın, eləcə də keçmiş SSRİ-nin digər respublikalarının estrada və mədəniyyətlərinin korifeyləri ilə işləmək və ünsiyyətdə olmaq xoşbəxtliyi nəsib olub: Rəşid Behbudov, Maestro Niyazi, Tofiq Quliyev, Zeynəb Xanlarova, Çingiz Sadıqov, Tahir Salahov, Mehdi Məmmədov, Tələt Qasımov, Fərhad Bədəlbəyli, Vaxtanq Kikabidze, Gennadi Xazanov, Oleq Tabakov, Layma Vaykule, Alla Puqaçova, Müslüm Maqomayev. Bir məqalədə İldırım Qasımovun işlədiyi və dostluq etdiyi şəxsiyyətlərin hamısını qeyd etmək mümkün deyil. O nə ilə məşğul olurdusa, o işdə uğur qazanırdı. İldırım müəllim 1966-1968-ci illərdə Bakıda “Təranə” musiqi valları fabrikini sıfırdan dirçəltmiş, Müslüm Maqomayevin orkestrini yaratmış, Azərbaycan SSR Dövlət Konsert Ansamblının yaradıcılarından və yeganə rəhbəri idi. Onun təşkil etdiyi bütün konsertlər bütün sovet respublikalarında izdihamla başa çatırdı. Əbəs yerə Dahi Müslüm Maqomayev öz kitabında İldırım Qasımovu ikinci Solo Erok - Dahi İmpresario, qastrol ustası adlandırmamışdı. İldırım müəllimin bacarıqlarına bu qiymət Müslüm Maqomayev tərəfindən verilmişdi. Qeyd etmək lazımdır ki, onlar birlikdə Kremlin Qurultaylar Sarayında “Qəhrəmanlara əbədi xatirə” adlı konsert təşkil ediblər (Kremlin Qurultaylar Sarayında konsert təşkil etmiş Azərbaycan SSR-nin ilk nümayəndələri). Bir məqalədə İldırım Qasımovun mədəniyyət sahəsindəki bütün xidmətlərini sadalamaq çətindir. Qeyd olunmalıdır ki, təqaüddə olarkən İldırım müəllim Beynəlxalq Muğam Mərkəzinin direktor müavini vəzifəsinə dəvət olunmuşdu. Burada da İldırım müəllim öz peşəkarlığını sübut edərək, qısa müddət ərzində Beynəlxalq Muğam Mərkəzini sıfırdan dirçəltmiş, ora enerji verərək bu günə qədər Muğam Mərkəzinin tarixində iz buraxmışdır. Hal-hazırda, İldırım Qasımov SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın yaratdığı Dövlət Ansamblının direktorudur. İldırım müəllim, Sizi ad günü münasibətilə təbrik edirəm, uzun ömür və can saglığı arzulayıram. ​​​
Tamerlan Ələkbərov




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb
11.11.2019
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11.11.2019
Bakıda rusiyalı şairənin imza günü keçirilib
11.11.2019
“Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə təşkil edilib
10.11.2019
Lənkəran Dövlət Dram Teatrı Lerikdə qastrolda olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 Prezidentdən Bayraq Günü paylaşımı - Video
5 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info