Yanvar-noyabr aylarında əlavə olaraq 172 829 nəfərə fərdi şəxsi hesab açılıb
Tarix: 07.12.2016 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Cari ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz çox, yəni 17 071 nəfərə fərdi şəxsi hesab açılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, ümumilikdə bu ilin yanvar-noyabr aylarında əlavə olaraq 172 829 nəfər fərdi uçot sistemi ilə əhatə olunub. Beləliklə, beynəlxalq standartlara uyğun şəkildə qurulmuş müasir sığorta-pensiya sisteminin mühüm komponenti olan fərdi uçot sistemində qeydiyyata alınmış vətəndaşların sayı 1 dekabr 2016-cı il tarixinə 3 352 983 nəfərə çatıb. Sığortaolunanların 20,1 faizi 30 yaşa qədər olan, 25,6 faizi isə 30-40 yaş aralığında olan şəxslərdən ibarətdir. Həmçinin sistemdə fərdi şəxsi hesaba malik şəxslərin 20 faizini 40-50 yaş aralığında, 21 faizini 50-60 yaş aralığında, qalanlarını isə 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
Sığorta-pensiya sisteminin avtomatlaşdırılmış infrastrukturunun qurulması nəticəsində sığorta münasibətləri və pensiya təminatı sahəsində bütün xidmətlər elektron müstəvidə təşkil olunub. Bu sahədə əhaliyə təqdim edilən elektron xidmətlərdən biri də “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətidir. Vətəndaşlar bu e-xidmət vasitəsilə onlarla bağlı ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə etmək, öz pensiya kapitalına, işəgötürənin onun üçün əməkhaqqına uyğun sosial sığorta haqqı köçürdüyünə mütəmadi şəkildə nəzarət etmək imkanlarına malikdirlər.



Tural




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə görüləcək işlər müzakirə olunub
05.12.2019
Əlilliyi olan şəxslərə əlil arabaları verilib
05.12.2019
Əmlak sığortasının faydaları...
05.12.2019
Bu avtobusların hərəkət sxemi dəyişdirildi
05.12.2019
Bakıda əhali ticarət şəbəkələrində 16 milyard manatdan çox pul xərcləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info