Əl-Cəzirə kanalında Azərbaycanın uğurlarından bəhs edən daha bir reportaj
Tarix: 07.12.2016 | Saat: 12:46:00 | E-mail | Çapa göndər
Əl-Cəzirə kanalında Azərbaycanın uğurlu daxili və xarici siyasəti haqqında reportaj yayımlanıb.
Reportajda Azərbaycanın Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan ilə həmsərhəd olduğu və Xəzər dənizinə çıxışı qeyd edilir, Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinin sülh şəraitində yaşadığı vurğulanır.
Reportajda Azərbaycanın prezident üsul-idarəsinə malik ölkə olduğu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafı, daxili siyasətin sabitliyi, hakim Yeni Azərbaycan Partiyası ilə bərabər, qanunverici orqanda müxalifət partiyalarının təmsil olunması və siyasi plüralizm mühiti barədə məlumat verilir.
Azərbaycanın qonşu dövlətlərlə əlaqələrdə, regional siyasətdə tarazlı və müvazinətli xarici siyasət həyata keçirdiyi qeyd olunur. Reportajda Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Əl-Cəzirə kanalının müxbiri Ömər Kaşramın “Azərbaycanın uğurlu xarici və regional siyasətinin sirri nədədir” sualına cavabında bildirir ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq müstəqil xarici siyasət həyata keçirir, digər dövlətlərin daxili işlərinə qarışmır, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurur.
Verilişdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin Azərbaycanın üzləşdiyi ən ciddi problem olduğu qeyd edilib. Azərbaycanın bütün imkanlardan istifadə edərək münaqişəni həll etmək əzmində olduğu vurğulanır.
Qeyd edək ki, dekabrın 4-dən başlayaraq Əl-Cəzirə kanalında Azərbaycan haqqında silsilə verilişlər yayımlanır. Dekabrın 4-də yayımlanmış reportajda Azərbaycanın iqtisadi inkişafından, ölkəmizdə neft-qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunun da inkişaf etdirilməsində danışılır. İqtisadiyyatın şaxələndirilməsi, ölkəmizin sənaye, turizm, gəmiqayırma, nəqliyyat və logistika sektorlarının inkişafı haqqında məlumat verilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2017
“Türkiyə hökuməti Belarusdan nümunə götürməlidir”
16.10.2017
“Azərbaycan ilə görüşü səbirsizliklə gözləyirəm”
16.10.2017
“NATO və Avropa İttifaqının İrəvanın sonuncu silah alışını pisləməməsi təəccüblüdür”
16.10.2017
Ariel Koen: “Silaha pul xərcləməyin yox, Dağlıq Qarabağ münaqişəsinin həllini düşünməyin vaxtı gəlib çatıb”
13.10.2017
“İslam həmrəyliyi: Azərbaycan örnəyi“ adlı konfrans keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7502

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Diaspor təşkilatları Qarabağ münaqişəsinin təbliğində yeni üsullardan istifadə etməlidirlər”
3 Yeni ictimai birlik fəaliyyətə başlayıb
4 Təşəbbüskarı İlham Əliyev olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşdı
5 “Zavod və fabriklərin rayonlarda da açılması universitetlərin məsuliyyətini daha da artırır”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info