Venesuela Prezidenti OPEC və qeyri-OPEC ölkələrinin sammitinin keçirilməsini təklif edir
Tarix: 07.12.2016 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Növbəti onillik üçün qlobal bazarda qiymət strategiyasını müəyyən etmək üçün Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr ilə qeyri-OPEC ölkələrinin sammiti keçirilə bilər.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu təkliflə Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro çıxış edib. Venesuela Prezidenti həmin iclasın 2017-ci ilin birinci rübündə keçirilməsini təklif edir.
“Neft bazarının sabitləşməsi və yaxın 10 ildə ədalətli qiymətlərin qorunmasını müzakirə etmək üçün 2017-ci ilin birinci rübündə OPEC və kartelə daxil olmayan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşünün keçirilməsini yazılı formada təklif etməyi planlaşdırıram”, - deyə N.Maduro bildirib.
Qeyd edək ki, dekabrın 10-da Vyanada OPEC-ə üzv ölkələr ilə qeyri-OPEC ölkələri arasında keçiriləcək görüşdə Azərbaycan da daxil olmaqla 14 qeyri-OPEC ölkəsi iştirak edəcək. Görüşdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.
Xatırladaq ki, ötən həftə OPEC neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması üzrə qərar qəbul edib. Bu qərar 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay ərzində qüvvədə olacaq. OPEC-ə üzv olmayan ölkələr neft hasilatını gündəlik 600 min barrel azaldacaqlarına, Rusiya isə istehsalını sutkada 300 min barrel aşağı salmağa söz verib.
 
Mahmud





 
Bölməyə aid digər xəbərlər
30.11.2020
İrana daha bir şok: Korpus komandiri öldürüldü
30.11.2020
Dünyada koronavirusla bağlı son vәziyyәt
30.11.2020
İranda kimya zavodu da partladıldı
29.11.2020
Nigeriyada terrorçular 70 fermeri öldürüb
29.11.2020
Fransada aksiyalar zamanı 62 polis əməkdaşı yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info