Tərəvəz konservləri alarkən diqqətli olun
Tarix: 03.04.2013 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


İstehlak etdiyimiz qida məhsulları içərisində konservləşdirilmiş tərəvəzlər xüsusi çəkiyə malikdir. Ən geniş yayılmış tərəvəz konservləri pomidor, xiyar, kələm, badımcan, göbələk və s. məhsulların duza qoyulması ilə hazırlanır. Bu məhsullar yaxın keçmişə qədər əsasən ev şəraitində hazırlanırdısa, hazırda daha çox sənaye üsulu ilə istehsalına üstünlük verilir və bu onların çeşid müxtəlifliyinə, keyfiyyətinə müsbət təsir göstərib. Konservləşdirilmiş tərəvəzlər təbii, sous, marinə edilmiş, dietik, uşaq qidası və s. növlərdə buraxılır.
Bu məhsullar yüksək qidalılıq dəyərinə malik olmasa da uzun müddət saxlanılması istehlakçılar tərəfindən rəğbətlə qarşılanır. Lakin nəzərə alınmalıdır ki, keyfiyyətsiz konservlərin istehlakı insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Ona görə də istehlakçılar bu məhsulları alarkən diqqətli olmalıdırlar.
Hər şeydən əvvəl konserv istehsalında xammal kimi istifadə olunan tərəvəz sağlam, zədəsiz olmalı, yuyulmuş olmaqla saplaq kəsilib götürülməlidir. İstehsal zamanı texnoloji proseslərə ciddi əməl olunmalıdır.
Hazırlanma texnologiyasının pozulması məhsulun xarab olmasına səbəb ola bilər. Belə pozuntulardan ən çox müşahidə olunan hal hermetikliyin pozulmasıdır ki, bu da məhsulun qapağının və dəmir bankalarda dibinin şişkinliyinə səbəb olur. Bir sıra hallarda isə tərəvəz konservləri mikroorqanizmlərin inkişafı ilə əlaqədar korlanır. Bu zaman konservə xas olmayan rəng və çöküntünün yaranması müşahidə olunur.
Qeyd olunanları nəzərə alaraq hər bir istehlakçı konserv alarkən məhsulun istehsal və son istifadə tarixlərinə diqqət yetirməli, bankaların təmiz olmasına, qapağında şişmə, taralarında əzilmə və ya çökmənin olmadığına, bankaların çat və köpüksüz olmasına diqqət etməlidir. Qabının metal səthi aşınmış, cızılmış konserv məhsulları qətiyyən istifadə edilməməlidir. Konservləşdirilmiş tərəvəzlər normativ-texniki sənədlərə uyğun olaraq qablaşdırılmalıdır. Qablaşdırılmasında əsas etibarilə şüşə, metal və polimer bankalardan istifadə edilir.
Eyni zamanda bu məhsulları alarkən onların sterilizə olunub-olunmamasına diqqət edin. Bilin ki, ev şəraitində hazırlanan tərəvəz konservlərinin əksəriyyəti sterilizə olunmur ki, bu da botulizm kimi təhlükəli mikrobların inkişafına münbit şərait yaradır. Belə məhsullar güclü zəhərlənməyə səbəb ola bilər.
Bu məhsulları alarkən onların markalanmasına, etiketdəki məlumatlara, qabın səthində mümkün ola bilən defektlərə, pas ləkələrinə, lehimlərin yığıntı ölçülərinə, rezinin və ya pastanın vəziyyətinə diqqət yetirin. Bankadakı etiket bütöv, təmiz, doğru və səliqəli yapışdırılmalıdır.
Markalama zamanı qabın üzərində gərəkli olan bütün məlumatlar qeyd olunmalıdır. Tərəvəz konservlərinin etiketində istehsalçı müəssisənin adı və ünvanı, məhsulun adı və növü, xalis çəkisi, istehsal tarixi, saxlama müddəti və şəraiti, məhsulun 100 qramının enerji və qidalılıq dəyəri, sertifikatlaşdırılması haqqında məlumat və məhsula dair normativ sənəddə göstərilmiş digər məlumatları əhatə etməlidir. Bütün bu məlumatlar aydın şəkildə silinməyən boya ilə yazılmalıdır. Qabın əzilməsi, paslanması və ya üzərində yararlılıq müddətinin göstərilməməsi həmin konservlərin keyfiyyətinə ciddi şübhələr yaradır. Bu kimi məhsullarla rastlaşdıqda onları almaqdan çəkinin.
Konservlərin keyfiyyəti, rəngi, dadı, qoxusu saxlama zamanı da dəyişikliyə məruz qala bilər. İşığın təsiri altında konservlər yüksək temperaturda saxlanıldığı zaman burada qeyri-fermentativ reaksiyalar sürətlənir. Bu amillərin mənfi təsirini mümkün olduğu qədər azaltmaq üçün tərəvəzlərdən hazırlanmış konservləri quru, sərin və qaranlıq yerlərdə saxlamaq tövsiyə olunur:
• şüşə və metal qablara qablaşdırılmış tərəvəz konservləri - 0-25 °C-də;
• polimerlərə qablaşdırılmış meyvə-tərəvəz konservləri - 0-20°C-də;
• metal və şüşə bankalarda olan göbələk konservləri - 0-15 °C-də;
• çəlləklərdə olan sterilləşdirilməmiş məhsulları - 0-12°C-də;
• çəlləklərdə duza qoyulmuş tərəvəz və göbələkləri - mənfi 1-4°C-də;
Konservlərin saxlama müddəti konkret konserv növünə dair normativ sənədlərlə müəyyən olunur. Ümumiyyətlə bu məhsulları 0 - 20 C arasında temperaturda və 75% nisbi nəmlik şəraitində saxlanmalıdır. Qablaşdırılmasından asılı olaraq tərəvəz konservlərini 2-5 il saxlamaq mümkündür. Bu qəbildən olan uşaq və dietik konservləşdirilmiş məhsullar isə daha az müddət saxlanılır.
Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info