“Səfir saatı”nda İndoneziyada multikulturalizm və tolerantlıq mövzusu müzakirə edilib
Tarix: 07.12.2016 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetinin “Azərbaycan multikulturalizmi” elm-tədris mərkəzi tərəfindən təşkil olunmuş “Səfir saatı”nın ilk qonağı İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Hüsnan Fənani idi. “İndoneziyada multikulturalizm, plüralizm və tolerantlıq” mövzusunda mühazirə ilə çıxış edən səfir öncə İndoneziya haqqında ümumi məlumat verərək ölkəsinin dünyada mədəniyyət üzrə super güc olduğunu bildirdi. Eyni zamanda, altı böyük din mənsublarını vahid çətir altında toplamağı bacarmış İndoneziya mədəniyyətinin Azərbaycan multikulturalizmi ilə ortaq xüsusiyyətlərə sahib olduğunu vurğuladı.
Dinamik şəxsiyyəti ilə mühazirəsini daha da maraqlı edən səfir Qafqaz Universiteti tələbələrini İndoneziyada təhsil imkanları ilə də tanış edərək onları ölkəsinə dəvət etdi. Tələbələrin ünvanladığı sualları cavablandırdıqdan sonra görüş “Azərbaycan multikulturalizmi” elm-tədris mərkəzində davam etdirildi və iki ölkə arasında gələcək əməkdaşlıqlar müzakirə edildi.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada Xəzəryanı ölkələrin media platforması yaradılıb
20.11.2019
Dini turizm haqqında ilk nəşr
20.11.2019
Yeni Azərbaycan Partiyası mübarizələrlə dolu şərəfli yol keçib
20.11.2019
Şeyxülislam ABŞ səfiri ilə görüşdə ermənilərin dini liderinin razılaşmalara əməl etmədiyini bəyan edib
20.11.2019
Dövlət Gömrük Komitəsi və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info