Nağdsız əməliyyatla “AtaBank”dan 1000 manat uduş
Tarix: 03.04.2013 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


"AtaBank" ASC-nin 1 mart 2013-cü il tarixindən start verdiyi "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasında ilk 1000 manat qazanılıb. Kampaniyada iştirak edən müştəri Aytən Əliheydərova keçirdiyi nağdsız əməliyyat vasitəsilə 5 lotereya bileti alıb və lotereya biletlərindən biri ona 1000 manat məbləğində uduş gətirib.
Aytən Əliheydərova bu kampaniya ilə bağlı bildirib: “AtaBank ASC-nin müştərilərin rahatlığı və məmnunluğu üçün keçirdiyi bu layihə insanlara sevinc bəxş edir. Həyata keçirdiyim nağdsız əməliyyat vasitəsilə 1000 manat uddum və bu anda sevincimin həddi yox idi. Mən bu kampaniyada iştirak edən hər kəsə uğurlar arzulayıram”.
Qeyd edək ki, lotereya kampaniyası 01 mart 2013-ci il tarixindən 31 dekabr 2013-ci il tarixinədək davam edəcək. Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər. Ani stimullaşdırıcı lotereyada təqvim ayı ərzində ümumilikdə 20 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri iştirak hüququ əldə edirlər. Kampaniyada iştirak etmək üçün lotereya kuponlarını əldə etmək lazımdır. Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün ödəniş kart istifadəçisi təqvim ayı ərzində "AtaBank"ın POS-terminallar şəbəkəsində, nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir. Ödəniş kart istifadəçisi təqdim edəcəyi hər 20 manat məbləğində olan çeklər üçün bir ani stimullaşdırıcı lotereya kuponu əldə edir. Kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar vardır. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda “AtaBank”ın POS-terminallarının sayı 10 000-ə yaxındır.
Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraq “www.atabank.com” internet səhifəsində, sosial şəbəkələrdə (www.facebook.com/ AtaBank, twitter.com/AtaBank_ASC) və kütləvi informasiya vasitələrində işiqlandırılacaq.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info