“Van-İrəvan uçuşlarının ləğvinə görə sevinirik”
Tarix: 03.04.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Beynəlxalq əsilsiz erməni iddialarıyla Van Mübarizə Dərnəyinin (ASİMDER) Şərqi Anadolu bölgə təmsilçisi İrfan Ermiş Van-İrəvan təyyarə uçuşlarının ləğvindən sevindiklərini bildirib. “Borajet”in bu gün gerçəkləşdirəcəyi ilk Van-İrəvan təyyarə uçuşlarının ləğv olunmasından sonra açıqlama verən Ermiş bu ləğvin onları sevindirdiyini söyləyib. Heç bir şəkildə turizmə qarşı olmadıqlarını, lakin bu uçuşların siyasi məqsəd daşıdığını iddia edən Ermiş “Biz qonaqpərvər bir dövlətik. Əsla turizmə və ölkəmizə səfər edən turistlərə qarşı deyilik. Ancaq bu təyyarə uçuşunun Vanın qurtuluş günü ildönümünə təsadüf etməsinin bir siyasi məqsəd güddüyü qənaətindəyəm. “Borajet” və Türk Hava Yollarının səlahiyyətli nümayəndələri ilə apardığımız görüşlər nəticəsindəb bu təyyarə səfərləri haqqında hər hansı bir məlumatlarının olmadıqlarını söylədilər. Van-İrəvan təyyarə səfərlərinin ona görə siyasi məqsəd güddüyü qənaətindəyəm ki, İstanbuldan Ermənistana həftədə 3 təyyarə səfəri edilir. Vandan isə quru yolla 4 saata Ermənistana çatmaq mümkündür” deyib. Ermənistan diasporunun Vanı sözdə Qərbi Ermənistanın paytaxtı olaraq qəbul etdiyini deyən Ermiş əlavə edib: “Dərnək olaraq ümumi mərkəz İğdır beynəlxalq ASİMDER və Azərbaycanın Beynəlxalq Diaspor Mərkəzinin rəhbərliyi ilə koordinatlı şəkildə işlədik və bu işimizin bəhrəsini gördük. Bundan başqa, Ağdamar kilsəsini ötən günlərdə İrandan, Avropadan və Türkiyənin müxtəlif bölgələrindən gəlmiş ermənilər ziyarət etdilər. Biz uçmuş kilsəni restavrasiya edib ibadətə açdığımız halda, ermənilər Naxçıvanda, Azərbaycanın işğal altında olan ərazilərindəki dini yerləri heyvanların sığınacağına çeviriblər”.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb
21.10.2019
Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb
21.10.2019
Moldovada keçirilən yerli seçkilərdə sosialistlər qalib gəlib
20.10.2019
Daşkənddə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı bağlı tədbir keçirilib
20.10.2019
Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info