Axund Axundzadəyə həsr olunmuş sərgi
Tarix: 07.12.2016 | Saat: 16:15:00 | E-mail | Çapa göndər
Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin yaranmasının 98-ci ildönümü münasibəti ilə parlamnetin üzvü olmuş Hacı Səlim Axund Axundzadəyə həsr olunmuş sərgi və onun “Azərbaycan torpağına türbət demişəm” kitabının təqdimatı keçirildi.
Hacı Mirzə Səlim Axund Axundzadə 1872-ci ildə Lənkəran şəhərində ziyalı ailədə anadan olub. İlk təhsilini atasının üsuli-cədid məktəbində aldıqdan sonra, Lənkəranda fəaliyyət göstərən rus gimnaziyasına daxil olur. Türkiyə və bir sıra Avropa ölkələrinə uzun müddətli səyahətə gedən Axundzadə Vətənə qayıdır və burada cərəyan edən siyasi hadisələrdə iştirak edir. Hacı Mirzə Səlim Axund Axundzadə 1918-ci ildə təşkil olunmuş Zaqafqaziya Seymində Müsəlman fraksiyasının üzvü olmuş, Zaqafqaziya Komissarlığında fəaliyyət göstərib. 1918-ci il may ayının 28-də Milli Şuranın üzvü olan Hacı Səlim Azərbaycanı müstəqil dövlət elan edən İstiqlal Bəyannaməsinin qəbul edilməsinə imza atır. Hacı Səlim Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin Müsavat və Birtərəf fraksiyasının üzvü olub.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünü tədqiq edən “Azərbaycan torpağına türbət demişəm” adlı kitab Hacı Səlimin mühacirətdə olarkən yazdığı “Xatiratıdır”. Kitabın tərtibatçısı Tufan Axundovdur. Sərgidə Hacı Mirzə Səlim Axund Axundzadənin həyat və fəaliyyətini əks etdirən foto-sərgi nümayiş olundu.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Tufan Axundov, şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, tarix institutunun elmi işçiləri Dilavər Əzimli və Kamran İsmayılov, Ədəbiyyat İnstitutunun elmi işçisi Rəhim Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, tarixçi, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə, Əlyazmalar İnstitutunun əməkdaşı Aybəniz Rəhimova, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu çıxış etdilər.
Tədbirdə alimlər, tarixçilər, Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak etdilər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.02.2017
Müasir İncəsənət Muzeyində növbəti sərgi - “Adsız”
23.02.2017
Bölgələrdə Amerika Guşələri açılacaq
23.02.2017
Lütfi Məmmədbəyovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib
20.02.2017
İstiqlal Muzeyində sərgi keçiriləcək
17.02.2017
Görkəmli bəstəkar Fikrət Əmirov yad olunub

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5553

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Ad gününə dörd gün qalmışdı
24.02 19:50 “Şuxi“ salatı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info