Rusiyadakı diasporumuz adından müraciət dezinformasiya çıxdı
Tarix: 03.04.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Müxalif qəzetlər isə həvəslə
yerləşdirdikləri dezinformasiyaları təkzib etməklə məşğuldurlar...


Müxalifət mətbuatı “Rusiyadakı milyarderlər ittifaqı” ifadəsindən tez-tez bəhrələnməyə çalışır. Son olaraq isə müxalifət qəzetlərindən birində guya “milyarderlər ittifaqı”nın Azərbaycan hakimiyyətinə qarşı fikirləri dərc olunmuşdu. Müxaliflər isə bu məsələni şişirdərək siyasi mübarizə kontekstində istifadə etməyə çalışırdılar. Amma bəlli oldu ki, bu məsələ Rusiyadakı diasporumuzla bağlı növbəti blef və yalan imiş.
Belə ki, guya Azərbaycan hakimiyyətini pisləyən müraciəti imzalayan kimi qələmə verilən diaspor nümayəndələrimiz bunun yalan olduğunu bildiriblər. Onlar bu məsələ ilə bağlı konkret olaraq təkzib veriblər. Həmin diaspor başçıları bu yalan xəbəri səhifədə yerləşdirən müxalif qəzetlərə bildiriblər ki, bu müraciətdən xəbərləri yoxdur. “Samara vilayəti azərbaycanlıları Liqası”nın İdarə heyətinin sədri Şirvan Kərimov, Tatarıstandakı diaspor təşkilatının lideri Sübhan Əhədzadə konkret olaraq bildiriblər: “Bu müraciətdən heç xəbərimiz olmayıb və onu imzalamamışıq”. Eyni zamanda adıçəkilən diaspor nümayəndələrimiz Azərbaycan dövlətçiliyinə və qanunvericiliyinə zidd fəaliyyətlə məşğul olmadıqarını, sırf diasporçuluq və Azərbaycan həqiqətlərini yaymaq, təbliğ etməklə fəaliyyət göstərdiklərini bildiriblər və bununla da, “Rusiyadakı diaspor Azərbaycandan narazıdır” deyiminin dezinformasiya olduğunu ortaya qoyublar. Bu isə açıq-aşkar Rusiyadakı diasporumuzun adından saxtakarcasına çıxış edən təxribatçı tərəfin olduğundan xəbər verir. Bir sıra məqamlara yenidən nəzər saldıqda Rusiyadakı azərbaycanlılar və iş adamları adından saxtakar açıqlamalar yaymaqda maraqlı olan Rusiyadakı ticarətçi Söyün Sadıqovun bu işdə əli olduğunu təxmin etmək olar. Bu adamın son vaxtlar bu cür təxribatçı açıqlamalarla gündəmə gəlməyə cəhd etdiyi ilə bağlı ötən saylarımızda ətraflı yazmışıq. Onun mövqeyi bəllidir və bu mövqe qətiyyən Azərbaycan və azərbaycançılıqla bir araya sığmır. Bu adam ömrünün böyük hissəsini Rusiyada keçirib, orada ticarətlə məşğul olub. İndi isə birdən-birə siyasətə baş qoşması da qəribə qarşılanır. Çünki bu adamın həqiqətdə siyasət adamı yox, ticarət adamı olduğu bütün ekspertlər və onu tanıyanlar tərəfindən açıq bildirilir. Bu ərəfədə isə Rusiyadakı diasporumuzun guya Azərbaycan dövlətinə qarşı fikirlər söyləməsində məhz S.Sadıqov maraqlıdır. Təbii ki, hansısa xarici təxribatçı qüvvələrin təhriki ilə. Əslində bu qüvvələrin, tutalım, Rusiyadakı erməni diasporu olmasını da istisna etmək olmaz. Hər halda, Söyün Azərbaycan əleyhinə danışdırılır və hətta bu məsələdə dezinformasiyalara tez-tez varır. Növbəti belə dezinformasiyanın da məhz onun antiazərbaycan fəaliyyəti ilə bağlı olduğu bildirilir.
Bu cür dezinformasiyaları isə həmişə müxalif qəzetlər həvəslə yerləşdirirlər. Çünki onlar buna bir növ adətkərdə olublar. Hətta oxucuları çaş-baş salmaq üçün onlar belə yazıları manşetə aldadıcı şəkillərlə birgə çıxarmaqdan da ərinmirlər. Məsələn, bir müxalif qəzet bu dezinformasiyanı verərkən Rusiyadakı bir neçə tanınmış iş adamının şəklini verib. Halbuki həmin dezinformasiya xarakterli müraciəti guya imzaladıqları deyilən adamlar isə Rusiya əyalətlərindəki diasporumuzu təmsil edirlər. Onların şəkillərinin yerinə tanınmış şəxslərin şəkillərinin verilməsi isə müxalif qəzetlərin təxribatı və oxucuları yazını oxumağa həvəsləndirmək üçün aldadıcı üsuludur. Amma yerləşdirdikləri yazının dezinformasiya olduğu aşkara çıxanda isə dərhal həmin yazı ilə bağlı “məsuliyyət daşımadıqlarını” deyirlər və dezinformasiya yayıcılıq “qabiliyyət”lərini gizlətməyə çalışırlar. Məsələn, “Yeni Müsavat” bu yazının dezinformasiya olduğu üzə çıxandan sonra xüsusilə qabardıb ki, yazını AXCP-nin saytı olan “azadlıq.info” yayıbmış...

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info