Yeni uşaq sanatoriyaları tikiləcək
Tarix: 03.04.2013 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Qış imtahan sessiyasının nəticələrinə görə, əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunmuş tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (60 nəfər) adlı təqaüd təqdim edilib. Qeyd edək ki, jurnalistlərə acıqlama verən Səttar Mehbalıyev bildirib ki, AHİK uşaq sanatoriyalarının tikilməsini planlaşdırır. Sovet dönəmində hər bir zavodun, fabrikin tərkibində özəl uşaq istirahət düşərgələri var idi: "Azərbaycanda torpaqlar hərrac vasitəsilə satıldığından konfederasiya da boş torpaq sahələri almağı nəzərdə tutur. Biz bu işləri görmək barədə düşünürük və çalışacağıq bu cür uşaq düşərgələri tikək". S.Mehbalıyev bildirib ki, AHİK yay mövsümü ilə əlaqədar aprelin 20-dən sonra sanatoriyalarda monitorinqlər keçirəcək. Bu il Nabranda Təhsil İşçiləri Sahə Həmkarlar İttifaqları hesabına tikilən 298 nəfərlik istirahət mərkəzi istifadəyə veriləcək. Təhsil sahəsində çalışan insanların istirahətə göndərilməsində problemlərin olduğunu deyən S.Mehbalıyev qeyd edib ki, bu sahədə çalışanlardan Həmkarlar İttifaqları Konfederasiyası hesabına dincəlmək istəyənlərin sayı çoxdur:
"Mən uzun müddətdir bu sahədə çalışıram. Hansı ali məktəbi götürsən, orada yaşlı insanlar var. Hər il bu insanlar müraciət edirlər”. Konfederasiya sədri qeyd edib ki, həmin təhsil işçiləri özlərindən başqa, iş yoldaşlarını da düşünməlidirlər: "Yəni bir kafedrada 30-40 müəllim işləyirsə və orada on nəfər istirahət edirsə, hər il həmin 10 nəfər istirahətə getməməlidir. Özləri öz aralarında növbə yaratmalıdırlar". Onun sözlərinə görə, ümumilikdə isə hər il istirahətə göndərilən insanların sayı 10 minə çatır.
RASİM




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info