Naxçıvanda İKT-nin inkişafı
Tarix: 07.12.2016 | Saat: 20:03:00 | E-mail | Çapa göndər
Hazırda muxtar respublikanın ərazisinin 98 faizində genişzolaqlı, 99 faizində isə mobil internet xidmətləri göstərilir

Bir neçə gün əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakıda Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin açılışı olub. Müasir dünya standartlarına cavab verən Data Mərkəzi TİER III beynəlxalq sertifikatına layiq görülüb. Mühafizə olunan obyekt statusuna malik Data Mərkəzi ölkə və region səviyyəsində kompleks İT xidmətləri göstərir və ən son texniki göstəricilərə malik baza əsasında müştərilərə fərdi həllər təklif edir. Fasiləsiz iş rejimində məlumatların təhlükəsizliyinin nəzarətlə tam təmin olunması, şirkətlərin konkret tələblərinə cavab verən, ehtiyac yarandıqda onlara infrastruktur əldə etməyə imkan yaradan virtual və ayrılmış serverlərin, həmçinin optimallaşdırılmış şəbəkənin qurulması Data Mərkəzinin çoxsaylı üstünlüklərindəndir.
Bu isə, öz növbəsində şirkətlərə kapital xərclərini sıfıra endirməyə, istismar xərclərini isə 30-40 faiz azaltmağa imkan yaratmaqla yanaşı, məhsuldarlığı artıraraq biznesin dayanıqlılığına öz töhfəsini verəcək. Data Mərkəzi Azərbaycanda İKT sahəsinin inkişafını, həm də ölkənin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək, innovasiyaya şərait yaradacaq və dövrümüzün ən müasir texnologiyası hesab olunan bulud texnologiyalarının dövlət və özəl sektora inteqrasiyasına təkan verəcək. Bəs, İKT-nin inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikasında hansı işlər həyata keçirilir? Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məsələyə toxunacağıq.

İlk dəfə tranzit telekommunikasiya
imkanları yaradılıb

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında yeni optik kabel magistrallarının tikintisi iritutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə imkan verir. Ötən müddətdə muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulub, Naxçıvanın ilk dəfə tranzit telekommunikasiya imkanları yaradılıb. AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən qeyd edir ki, muxtar respublikanın telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi üçün ümumi uzunluğu 242 kilometr olan Sədərək-Ordubad arası fiber-optik kabel magistral xəttinin tikintisi iki il əvvəl başa çatdırılıb. Bu gün muxtar respublikada fiber-optik kabel xətlərinin ümumi uzunluğu 1500 kilometrə yaxındır. Bu da Naxçıvanda rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, “Elektron hökumət”, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan verib, “Evədək optika” layihəsinin icrasına başlanıb. İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin maddi-texniki bazası daha da möhkəmləndirilib, muxtar respublikanın internet resurslarının genişlənməsi ilə əlaqədar əlavə server avadanlıqları və irihəcmli məlumatların qəbulu və paylanması üçün şəbəkə avadanlıqları alınıb. Həmçinin İP ünvanların çatışmazlığı aradan qaldırılıb, Türkiyə Respublikasının “Türk Telekom” şirkəti ilə əməkdaşlıq protokolu imzalanıb. Türkiyə istiqamətində əlavə fiber-optik kabel xətti çəkilib, Naxçıvana daxil olan internet kanalının həcmi artırılıb. Hazırda muxtar respublikanın ərazisinin 98 faizində genişzolaqlı, 99 faizində isə mobil internet xidmətləri göstərilir.

“Elektron hökumət” portalı üzərindən onlayn rejimdə ödəmə

“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli fərmanının icrası ilə əlaqədar “Elektron hökumət” portalı üzərindən rabitə və internet xidmətləri, elektrik enerjisi, qaz və sudan istifadə haqlarının onlayn rejimdə ödənilməsi təşkil edilib, istifadəçilərin portalda qeydiyyatdan keçməsi avtomatlaşdırılıb və portalın təhlükəsizliyi ilə əlaqədar tədbirlər görülüb. “Bir pəncərə” prinsipi əsasında dövlət orqanlarının xidmətləri portala inteqrasiya edilib. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 80-dən artıq dövlət təşkilatına və 12 idman federasiyasına elektron poçt ünvanları və domen adları verilib, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilib. Bu ilin əvvəlində Naxçıvan Muxtar Respublikasında Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilib. Bunun üçün idarələr arasında qapalı şəbəkə qurulub, mərkəzi server avadanlıqları alınıb və müvafiq proqram təminatı hazırlanıb, 80 təşkilatın sistemə qoşulması təmin edilib.

Elektron təhsil infrastrukturu

Muxtar respublikada elektron təhsil infrastrukturunun yaradılması və təhsildə yeni texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Son illər bu istiqamətdə işlər daha da genişləndirilib, əsaslı təmir edilən və yeni istifadəyə verilən təhsil müəssisələrində kompüter dəstləri quraşdırılaraq internetə qoşulub. Həmçinin təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün distant təhsil sistemi yaradılıb, internet üzərindən interaktiv dərslərin keçilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin saytında elektron təhsil xidməti istifadəyə verilib, orta ixtisas və ümumtəhsil məktəblərinin iştirakı ilə distant dərslərin keçilməsinə başlanıb. Hazırda muxtar respublika üzrə 236 təhsil müəssisəsi və 16 muzey distant təhsil sisteminə qoşulub.

142 poçt məntəqəsi avtomatlaşdırılıb, 153 POS-terminal qurulub

Rabitə sahəsində gedən sürətli inkişaf, fiber-optik kabel xətlərinin çəkilməsi, yüksəksürətli kompüter şəbəkəsinin yaradılması poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaradır. Hazırda “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti bir mərkəzi, yeddi filial və 160 poçt bölməsi ilə muxtar respublikada müasir poçt xidmətləri təqdim edir. Poçt məntəqələrində ənənəvi poçt xidmətləri ilə yanaşı, bütün növ xidmət haqlarının yığılması da təmin olunub. Hazırda muxtar respublikada, ümumilikdə, 142 poçt məntəqəsi avtomatlaşdırılıb, 153 POS-terminal qurulub. “Naxçıvanpoçt” MMC-nin kompüter şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulmasından sonra bu sistemə daxil olmuş bütün bank-maliyyə sektorunun və digər qurumların ödənişlərinin poçt məntəqələrində yığılması həyata keçirilir. Naxçıvan şəhərində qaz və elektrik sayğaclarının smartkart tipli sayğaclarla dəyişdirilməsi ilə poçt bölmələrində həmin kartların yüklənməsi işinin təşkili üçün Naxçıvan Şəhər Rabitə İdarəsində server qurulub, Naxçıvan şəhərində 10 poçt bölməsi yeni kompüter və kart oxuyucu ilə təmin edilib. Texnologiyanın inkişaf tempi elektron imzadan istifadəyə tələbatı da artırıb. Bu tələbatı ödəmək məqsədilə “Elektron İmzanın Sertifikat Xidməti Mərkəzi” yaradılıb, “Naxçıvanpoçt” MMC-nin rayon filiallarında elektron imza kartının verilməsinə başlanıb. Bu ilin ən əlamətdar hadisəsi muxtar respublikada dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi olub. Mobil rabitə şəbəkəsinin 98 baza stansiyasının hər biri ilə mərkəzi idarəetmə sistemi arasında fiber-optik kabel xətləri çəkilib və saniyədə 1 giqabit informasiya daşıya bilən avadanlıqlar qurulub. Dördüncü nəsil mobil rabitə sistemi məlumatların alınması və ötürülməsi üçün özündən əvvəlki sistemlərlə müqayisədə daha yüksəksürətli və genişzolaqlı şəbəkələrə çıxış imkanına malikdir.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.08.2017
Ermənistanın işğalçılıq siyasəti Yaponiyada ifşa olunub
18.08.2017
XİN rəhbərlərinin BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşü nə vəd edir?
17.08.2017
“Təmas xəttindəki insanlar hər gün atəş altında yaşasalar da, torpaqlarını tərk etmirlər”
16.08.2017
Dünya mediası faşist Qaregin Njdeyə İrəvanda heykəl qoyulmasını tənqid edir
15.08.2017
“Ermənistan diplomatik yoldan imtina edib”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7162

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info