Rauf Zeyni:“Xarici qurumların fəaliyyətinə ictimai nəzarət olmalıdır”
Tarix: 03.04.2013 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


“Bizdən şəffaflıq tələb edənlər özləri qeyri-şəffaf vəsaitlərin paylanması ilə məşğul olurlar”

Azərbaycanda fəaliyyət göstərən bəzi xarici qurumlar öz fəaliyyətlərində şəffaflıq prinsipini gözləməli, bu baxımdan korrektələrə getməlidirlər.
Bu barədə “Palitra”ya fikirlərini bildirən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qeyd etdi ki, rəhbəri olduğu təşkilat şəffaflığın və demokratik dəyərlərin Azərbaycanda bütün sahələrdə uğurla tətbiq olunması, xüsusilə hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşması, beynəlxalq əlaqələrin qurulması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə təqdim olunması ilə yanaşı, vətəndaş cəmiyyəti institutunun inkişafı, QHT-lərin inkişafı, regionlarda QHT hərəkatının güclənməsi ilə bağlı olaraq Azərbaycanda akkreditasiya olunmuş və fəaliyyət göstərən xarici qurumlarla da əməkdaşlıq edib: “Bu sahədə beynəlxalq təşkilatlardan qrant layihələri almışıq və layihələr icra etmişik. Azərbaycanın qanunlarına, maraqlarına, eyni zamanda beynəlxalq hüquq normalarına zidd olmayan hər hansı beynəlxalq təşkilatla əməkdaşlığa bu gün də normal baxırıq. Amma təəssüflər olsun ki, bəzi məqamlarda bizdən şəffaflıq tələb edən, dövlətdən, cəmiyyətdən, o cümlədən QHT-lərdən şəffaflıq, demokratiklik tələb edənlər özləri qeyri-şəffaf vəsaitlərin paylanması ilə məşğul olurlar. O cümlədən də ABŞ-ın Milli Demokratiya İnstitutunun bir milyondan artıq dolları, Baş Prokurorluğun da ABŞ səfirliyinə müraciətində göstərildiyi kimi, 2010-2011-ci illərdə hara sərf etdiyi bilinmir. Bu pul müəyyən yerlərə paylanıb və bu haqda ictimaiyyətin heç bir məlumatı yoxdur. Hər hansı bir qrant layihəsi verilirsə, bununla bağlı ortada konkret hesabatlar olur. Məsələn, bizim milli donorlarımız, bir çox nazirliklər bu barədə qrant verərkən, bununla bağlı konkret faktlara əsaslanan hesabatlar təqdim edirlər. Qeyri-hökumət təşkilatlarına verilən qrantlar, xeyriyyə məqsədi ilə edilən yardımların hamısı şəffaf şəkildə açıqlanır, mediada yayılır və ictimaiyyət də bilir ki, filan təşkilat filan qədər qrantları filan təşkilatlara konkret istiqamətlər üzrə ayırıb. Bu halda, təbii ki, tam şəffaflıq olmalıdır. Belə hallarda həmin xarici qurumların fəaliyyətinə ictimai nəzarət olmalıdır. Dövlət qurumlarının da, QHT-lərin də, cəmiyyətdə fəaliyyət göstərən bütün qurumların da fəaliyyəti şəffaf olmalıdır. Cəmiyyət hər hansı layihələrin həyata keçirilməsi, qrant vəsaitinin xərclənməsi ilə bağlı ətraflı məlumatlandırılmalıdır. Bütün QHT-lər, o cümlədən, xarici qurumlar bunu etməyə borcludurlar. Bu baxımdan Azərbaycan Baş Prokurorluğunun məsələ ilə bağlı araşdırması və müraciəti qanunların aliliyi prinsipindən irəli gəlir və tamamilə düzgün, əsaslıdır. Düşünürəm ki, bu cür xarici qurumlar Azərbaycanda və hansı ölkədə fəaliyyət göstərmələrindən asılı olmayaraq ölkələrdəki fəaliyyətləri ilə bağlı həmin ölkələrin cəmiyyətlərinə, müvafiq strukturlarına hesabat verməyə borcludurlar. Onların fəaliyyəti tam şəffaf olmalıdır. Eləcə də MDİ indiyə qədər həmin qeyd etdiyim məbləğin hara xərcləndiyi barədə məlumat verməyib və əsaslandırma aparmayıb. Bu qurumu şəffaflığa dəvət edirik. Bu vəsait hansı QHT-lərə nə məqsədlə verilibsə, tam açılmalı, etiraf edilməlidir. Düşünürük ki, ölkədə fəaliyyət göstərən xarici qurumlar, beynəlxalq təşkilatlar demokratik bir şəraitdə fəaliyyət göstərirlər və qanun qarşısında bərabər olduqlarını, bizim bütün QHT-lər kimi hesabat vermək məsuliyyəti daşıdıqlarını unutmamalıdırlar. Onların bütün QHT-lərimiz kimi hesabat verməməsi ədalətsizlik olardı. Ona görə də qanunlara və demokratik şəraitə hörmət etmək lazımdır. Onlar obyektiv və cavabdeh olmalıdırlar. Belə olduqda, onlar da demokratik və şəffaf prinsiplərlə fəaliyyət göstərdiklərinə cəmiyyəti əmin edə bilərlər. Bu halda da kimsə onlara irad tutmazdı. Əks təqdirdə fəaliyyət göstərmək isə hesab edirəm ki, Azərbaycan cəmiyyəti üçün zərərlidir”.
Bu cür xarici qurumların şəffaf və demokratik prinsiplərə uyğun fəaliyyət göstərməməsində məqsədin nə olmasına münasibətini bildirən Rauf Zeyni belə dedi: “Təəssüflər olsun ki, bəzi xarici qurumlar bu müddət ərzində öz ətraflarında öz maraqlarına xidmət edən QHT-ləri cəmləşdiriblər. Bu qurumlar onlara öz maraqlarından irəli gələrək müvafiq qrantlar verirlər ki, onlar cəmiyyətin inkişafına yox, bütövlükdə öz maraqlarına uyğun sərf olunur. Bu isə Azərbaycan maraqlarına ziddir. Ona görə də bu sahədə həmin xarici qurumlar öz fəaliyyətlərinə korrektələr etməlidirlər. Onlar öz siyasi maraqlarına uyğun olaraq ətraflarına topladıqları QHT-lərə qrant vermək prinsipindən əl çəkməlidirlər. Bu qrantlar əgər təmiz niyyətlə verilirsə, onlar Azərbaycan cəmiyyətinin inkişafına, gənclərin düzgün maarifləndirilməsinə və milli məsələlərin həllini tapmasına töhfə verməyə yönəldilməli idi. Halbuki biz onların fəaliyyət prinsiplərində bunu görmürük”.
R.Zeyni onu da qeyd etdi ki, Azərbaycanda vətəndaş cəmiyyətinin hər bir üzvü bu məsələdə milli və ictimai mənafelərdən çıxış etməlidir. Bu məsələdə qrant naminə milli və dövləti maraqları qurban vermək olmaz. Çünki bu ərəfədə Azərbaycanın müstəqil inkişafına mane olmaq üçün bəzi dairələrin fəaliyyət göstərdiyini də həmişə diqqətdə saxlamaq lazımdır. Bu baxımdan cəmiyyətin bütün üzvləri, əsasən də üçüncü sektor milli maraqların müdafiəsini öndə tutmalıdırlar.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb
21.10.2019
Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb
21.10.2019
Moldovada keçirilən yerli seçkilərdə sosialistlər qalib gəlib
20.10.2019
Daşkənddə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı bağlı tədbir keçirilib
20.10.2019
Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info