MOK-un VI hesabat-seçki baş məclisi keçirilib
Tarix: 03.04.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Milli Olimpiya Komitəsinin (MOK) VI hesabat-seçki baş məclisi keçirilib. MOK-un inzibati binasında təşkil olunmuş tədbirdə komitənin vitse-prezidenti Çingiz Hüseynzadə “Milli Olimpiya Komitəsinin 2009-2012-ci illərdəki fəaliyyəti” haqqında məruzə ilə çıxış edib. MOK-un vitse-prezidenti qeyd edib ki, hesabat dövründə ölkəmizin olimpiya və idman həyatında bir sıra olduqca əlamətdar tarixi hadisələr baş verib. Azərbaycan Londonda keçirilmiş Olimpiya Oyunlarında qazanılmış 10 - 2 qızıl, 2 gümüş, 6 bürünc medalla ümumi hesabda medalların keyfiyyətinə görə 30-cu, sayına görə isə 24-cü yeri tutub. Bu Avropa ölkələri arasında 15-ci, İslam dövlətləri arasında üçüncü, türkdilli ölkələr arasında ikinci, keçmiş SSRİ respublikaları arasında beşinci nəticədir. Ötən ilin dekabrında Avropa Olimpiya Komitəsinin İtaliyadakı Baş Assambleyasında qitə idman tarixində əsası qoyulan və 2015-ci ildə ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarının Bakıda təşkil edilməsi ilə bağlı böyük səs çoxluğu ilə qərar qəbul olunub. Bakının 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə namizədliyinin irəli sürüldüyünü deyən Ç.Hüseynzadə ötən il İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin Ciddədə keçirilmiş məclisində paytaxtımızın namizədliyi ilə bağlı təqdimatın təşkil olunduğunu söyləyib. Hesabat dövründə Litva, Polşa, Rumıniya, Belarus Milli Olimpiya komitələri ilə qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma memorandumları imzalanıb. Hesabat dövründə Bakıda Gimnastika Mərkəzinin, Olimpiya stadionunun, boks mərkəzinin təməli qoyulub, Azərbaycan Prezidenti Su İdman Mərkəzinin tikintisi ilə bağlı sərəncam imzalayıb. Bu yeni idman obyektlərində 2015-ci ildə birinci Avropa Oyunları keçiriləcək. Sonra Təftiş Komissiyasının sədri Eyvaz Qurbanov hesabat məruzəsi ilə çıxış edib.
MOK-un İcraiyyə Komitəsinin üzvlüyünə ölkə başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva seçiliblər. İcraiyyə Komitəsi 17 üzvdən ibarətdir. Sonra MOK-un Təftiş Komissiyasının üzvləri seçilib. Hicran Şərifov, Nazim Hüseynov, Firat Hüseynov, Lyudmila Şubina və Fərid Mansurovun namizədliyinə yekdilliklə səs verilib. Daha sonra Hesablama Komissiyasının 3 üzvü - Mirkamil Rəhimov, Qabil Mehdiyev və Eldar İsmayılov seçilib.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat
19.10.2019
Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info