Kanada parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilə bilər
Tarix: 03.04.2013 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Kanada İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ölkəmizə ikinci dəfə səfər etdiyini vurğulayan Barri Devolin ötən dövr ərzində paytaxtımızda gedən çox böyük inkişaf proseslərinin şahidi olduqlarını deyib.
Görüşdə Azərbaycan ilə Kanada arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, münasibətlərimizin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmi qeyd olunub, ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, jurnalistlərə açıqlama verən Barri Devoli bildirib ki, Xocalı soyqırımı ilə bağlı Kanada parlamentində qətnamə qəbul edilə bilər. O, qeyd edib ki, Kanada Azərbaycanla bir neçə sahədə əməkdaşlıq etmək və ticarət dövriyyəsini artırmaq niyyətindədir: "Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirmək istəyirik. Belə ki, Kanada da enerji istehsal edən ölkədir və Kanadada enerji texnologiyaları istehsal edən şirkətlər mövcuddur. Bundan əlavə, Kanada kənd təsərrüfatı və qida məhsulları istehsalında böyük təcrübəyə malikdir. Bu sahədə də Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindəyik. Həmçinin Kanada Azərbaycanla ticarət dövriyyəsini artırmaq istəyir. Biz Azərbaycanda təhlükəsizlik məsələlərini, xüsusən də Əfqanıstandakı mövcudluğumuzla bağlı məsələləri müzakirə etmişik". Nümayəndə heyətinin üzvləri Fəxri və Şəhidlər xiyabanlarını da ziyarət ediblər.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info