Azərbaycan-Ukrayna Prezidentləri Şurasının növbəti iclası Kiyevdə keçiriləcək
Tarix: 03.04.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


“Azərbaycan-Ukrayna Prezidentləri Şurasının növbəti iclası Kiyevdə keçiriləcək. Hazırda keçirilən və keçiriləcək görüşlər ona yönəlib ki, prezidentlərin toplantısı daha məhsuldar olsun. Mədəni və dinamik hadisələrlə zəngin olacaq bir il gözləyirik”. Bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ölkəsinin Krım Muxtar Respublikasının kurort və turizm naziri Aleksandr Liev və Azərbaycanın “SW Travel” turizm firmasının direktoru Şirzad Əfəndiyevlə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, iclasda ikitərəfli münasibətlərin aktual məsələləri, o cümlədən Hökumətlərarası Komissiyanın gündəliyində olan məsələlər müzakirə olunacaq. Səfir Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının növbəti iclasının və Azərbaycan-Ukrayna biznes forumun da ilin sonuna qədər keçiriləcəyini qeyd edib. Bundan başqa, bu ilin may ayında enerji sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna işçi qrupunun toplantısı keçiriləcək. Səfir bildirib ki, iyun ayında Bakıda Ukrayna mədəniyyət günləri keçiriləcək. Bu tədbir Ukrayna xarici işlər naziri Leonid Kojaranın Azərbaycana səfəri ilə də əlaqəli olacaq.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Fransada erməni redaksiyasına “hücum” edilib(?)
20.10.2019
ABŞ Rusiyanın “ən təhlükəli“ döyüş gəmisi haqqında
19.10.2019
Paşinyanin müttəfiqləri niyə narazidirlar?
19.10.2019
Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və...
19.10.2019
Ukrayna əhalisinin sayı azalır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info