Lavrov: “Qarabağ münaqişəsinin həllində əldə olunmuş razılıqlara sadiqlik əsas rol oynayır“
Tarix: 08.12.2016 | Saat: 14:36:00 | E-mail | Çapa göndər
"Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, digər çətin problemlərin həllində daha əvvəl əldə olunmuş razılıqlara sadiqlik əsas rol oynayır".
APA-nın məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Hamburqda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında deyib.
O bildirib ki, münaqişələr bütün tərəflərin maraqlarının balansının qorunması şərti ilə mövcud formatlar çərçivəsində həll olunmalıdır.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.01.2017
Cənub regionunda sahəsi 100 min hektar olan milli park yaradılacaq
19.01.2017
“Ümid edirik ki, Tramp terrorçuluqla mübarizədə müttəfiqimiz olacaq”
18.01.2017
“Qrip virusu ilə bağlı heç bir qorxu və narahatlıq yoxdur”
18.01.2017
Ömürlərini bizə fəda etmiş tarixi şəxsiyyətlərimizi unutmaq olmaz
18.01.2017
“Özümüzü hər cür vəziyyətə hazırlamalıyıq”

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5200

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
4 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
5 “Hər bir təhsil işçisi öz peşə fəaliyyətində İKT vasitələrinin tətbiqi üzrə xüsusi hazırlıq keçməlidir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info