Əbülfəs Qarayev: “Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələr çox yüksək səviyyədədir”
Tarix: 08.12.2016 | Saat: 16:38:00 | E-mail | Çapa göndər
Tbilisidə keçirilən “Gürcüstan üçün yol xəritəsi: İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq yolları” adlı beynəlxalq forumda iştirak bizim üçün çox vacibdir. Biz bu tribunadan Azərbaycanın iqtisadi, mədəni inkişafı, turizm imkanları, eləcə də yaradıcı sənayenin inkişafı sahəsində gördüyümüz işlər barədə dünya ictimaiyyətinə geniş məlumat verdik.
Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib. Nazir deyib ki, beynəlxalq forumda müzakirə olunan məsələlər inkişaf etməkdə olan bütün ölkələr üçün vacibdir. Panel iclaslarda Azərbaycan turizminin mədəniyyətə, həm də mədəniyyətin turizmə təsiri mövzusunda fikir mübadiləsi apardıq.
Ə.Qarayev deyib: “Azərbaycanda son vaxtlar mədəniyyət, eləcə də turizm sahəsində Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edilir. Biz bir sıra tvinninq layihələri reallaşdırmışıq. Bu işlər bu gün də davam edir. Biz Azərbaycanda gedən proseslər haqqında məlumatı çatdırdıq, bununla da ölkəmizin geniş imkanlara malik olduğunu qeyd etdik”.
Nazir Gürcüstana səfəri çərçivəsində Tbilisidə Nəriman Nərimanov muzeyinin bərpası istiqamətində görülən işlər, Heydər Əliyev adına Azərbaycan Dövlət Teatrının vəziyyəti ilə maraqlanacaq, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində bəzi görüşlər keçirəcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.01.2017
Bolqarıstanda Azərbaycan filmi gecəsi
19.01.2017
“Əli və Nino” filminin Avropa premyerası olacaq
18.01.2017
İstiqlal Muzeyində “Keçmişi unutmayaq!” adlı sərgi-tədbir keçirilib
18.01.2017
“Azərbaycan Teatrı” layihəsi həyata keçirilib
18.01.2017
Gənc kinorejissorun “Kənarda” filmi nümayiş olunub

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5217

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
4 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
5 Yapon məktəblilərindən məktublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info