“Dağlıq Qarabağ kimi “dondurulmuş” münaqişələrin qarşısı alınmalıdır”
Tarix: 08.12.2016 | Saat: 20:26:00 | E-mail | Çapa göndər
"Terrorizmlə yanaşı, Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya kimi "dondurulmuş" münaqişələrin qarşısı alınmalıdır". Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.
O bildirib ki, hazırkı vəziyyətin davam etməsi qəbuledilməzdir: “Bu münaqişələr uzun müddətdir davam edir. Bu münaqişələrin həlli bizə olan etimadı təhdid altına alır”. Rusiya xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, digər çətin problemlərin həllində daha əvvəl əldə olunmuş razılıqlara sadiqlik əsas rol oynayır. O bildirib ki, münaqişələr bütün tərəflərin maraqlarının balansının qorunması şərti ilə mövcud formatlar çərçivəsində həll olunmalıdır. ABŞ dövlət katibi Con Kerri isə deyib ki, Azərbaycan və Ermənistan arasındakı həlli uzanan münaqişə Avropanın təhlükəsizliyini təhdid altına qoyur. O Avropanın üzləşdiyi təhlükənin tək Ukraynada olmadığını deyərək, bu sırada Dağlıq Qarabağ, Moldova və Gürcüstandakı münaqişələri də qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
“Azərbaycanın təcrübəsindən istifadə etmək lazımdır”
21.06.2017
Dövlət niyə jurnalistə ev verməlidir?
21.06.2017
“Möhtəkirlər nefti ucuzlaşdırır“
19.06.2017
“Müəllimlər millətin gələcəyini müəyyən edir”
19.06.2017
İrana qarşı təxribatlar cavabsız qalmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6790

1 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
2 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 “Ruhuma daha yaxını müəllimlikdir”
5 Qurtuluş dastanından Əlincə zirvəsinə
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info