Sərgi müxtəlif texnologiyaların nümayişinə imkan yaradıb
Tarix: 08.12.2016 | Saat: 21:04:00 | E-mail | Çapa göndər
Lin Aypinq:
“Sərgi beynəlxalq biznes, xarici təşkilatlarla tanışlıq və sıx əməkdaşlığın qurulması, tərəfdaşlıq və dostluq münasibətlərinin yaradılması baxımından mühüm platformadır”

Bakıda keçirilən “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi başa çatdı. Builki sərgidə Azərbaycan, ABŞ, Almaniya, İsrail, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən 200-dən artıq şirkət iştirak edirdi ki, onların 40 faizi “Bakutel” sərgisinin daimi eksponentləri idi. Şirkətlər öz məhsullarını təqdim edərək müəyyən nəticələr əldə etdilər. Layihəmiz də məhz İKT-nin inkişafı ilə bağlı olduğundan həmin tədbirləri geniş işıqlandırmaqda davam edirik.

“Honeywell” şirkətinin məhsulları böyük maraq doğurub
Sərgi iştirakçılarından biri olan “Honeywell” şirkətinin Türkiyə və Mərkəzi Asiya regionlarında biznesin inkişafı üzrə meneceri Hakan İkiz bildirib ki, öz stendlərində “Honeywell” şirkətinin mobil kompüterləri və ştrix-kod skannerlərini təqdim ediblər: “Bütün dünyada məşhur olan bu şirkətin məhsulları mühafizə və təhlükəsizliyi təmin edir, insanlara rabitədə olmağa, əməkdaşlıq etməyə və biznesin səmərəliliyini artırmağa kömək edir. Biz beynəlxalq “Bakutel” sərgisində debüt edirik və bizim iştirakımız yeni tərəfdaş axtarışı və bu brendin Azərbaycan bazarında tanınma səviyyəsini artırmaqla bağlıdır. Bizim üçün sənaye sektoru çox maraqlıdır. “Honeywell” şirkətinin əsas istehlakçıları anbar, istehsalat, sənaye, satış xidməti və servislərin nümayəndələri və başqalarıdır. Sərgi alman planlarının reallaşdırılması üçün səmərəli platformadır. Sərginin ilk günündə biz artıq yerli bazarda bizim tərəfdaş və dilerimiz ola biləcək şirkətlərlə tanış olduq. “Honeywell” şirkətinin məhsulları sərginin qonaq və iştirakçılarının böyük marağına səbəb olub”. Düşünürəm ki, sərgi nəticəsində biz bir sıra faydalı tanışlıqlar qura və şirkəti tam həcmdə tanıda biləcəyik”.

“Cisco CMX”, “Lancope”
və “Firepower” sistemlərinin
üstünlükləri

“Eurodesign” şirkətinin layihə rəhbəri Fərid Nadirov isə bildirib ki, adıçəkilən şirkət İT xidmətləri, sistem inteqrasiyası, İT konsaltinq və layihələrin idarə edilməsi sahələrində ixtisaslaşıb: “Biz artıq bir neçə dəfə “Bakutel” sərgisində iştirak etmişik. “Cisco” brendinin premium tərəfdaşı kimi, biz öz stendimizdə bu dünyamiqyaslı istehsalçının bir neçə həll variantını təqdim etdik. Beləliklə, Bakı Ekspo Mərkəzinin ərazisində şirkətimiz 17 nöqtədə yüksək sıxlıqlı “Wi-Fi” internet şəbəkəsini təmin edib və bu şəbəkə eyni anda mindən artıq istifadəçinin internetə daxil olmasına imkan verir. Sərginin bütün ziyarətçiləri şəbəkədən pulsuz istifadə edə bilirlər. Real vaxt üzrə internetdən istifadə statistikası bizim stenddə quraşdırılmış monitorlarda əks olundu. Biz bu üsulla yüksək səviyyəli mühafizə və təhlükəsizliyi, eləcə də fəal (profilaktik) monitorinqi təmin edən və korporativ şirkətlər və ictimai təşkilatlar üçün qəza vəziyyətlərini aradan qaldırmağa imkanı verən “Cisco CMX”, “Lancope” və “Firepower” kimi yeni sistemlərin üstünlüklərini ilk dəfə nümayiş etdirdik. Bu həll variantları şəbəkə infrastrukturunu tam və vahid mərkəzdən idarə etməyə, proqram prosesləri və müdaxilənin qarşısının alınmasının üzərində təkmilləşdirilmiş nəzarəti həyata keçirməyə imkan verir. Biz 20 ildən artıq müddət ərzində İKT bazarının aparıcı iştirakçılarını bir araya gətirən “Bakutel” sərgisində öz təcrübəmizi və uğur tarixçəmizi biznes-menecerləri, sənaye peşəkarları və texnologiyaya bağlı olan bütün insanlarla bölüşməkdən məmnun olduq”.

“Sinam” şirkətinin ən aktual məhsulları
Sərginin digər iştirakçısı olan “Sinam” şirkətinin prezidenti Elçin Əliyev deyib ki, “Bakutel” sərgisinin daimi iştirakçısı kimi, adıçəkilən şirkət “bulud” sistemi üzrə həll variantlarının provayderi qismində çıxış edir: “Biz “elektron hökumət” üçün informasiya sistemlərinin səmərəli şəkildə layihələndirilməsini həyata keçiririk. Stendimizdə həll variantları şəbəkəsi və ən aktual məhsullar barədə məlumatlar təqdim edildi, belə ki, “SERP” sistemi pilot layihə rejimindən sənaye təyinatlı istismar mərhələsinə keçib və büdcədən maliyyələşən müəssisələrə idarə edilən uçot və mühasibat işlərini icra etməyə imkan verir. Azərbaycanın interaktiv xəritəsi - “GoMap” tanınmış həll variantına inteqrasiya edilmiş yeni “GoAZ” məhsulu reallıqla tamamlanmış servisi təqdim edir. Bu sistemin işləməsi üçün müvafiq tətbiqi mobil “qacet”ə yükləmək kifayətdir. İstifadəçi xəritədəki hər hansı obyektin üzərinə basmaqla, həmin obyekt haqqında ətraflı məlumat əldə edə bilər.
“TIMS” sistemi şirkətimiz tərəfindən (o cümlədən Qırğızıstanda) fəal şəkildə təbliğ olunan xəzinə üçün “bulud” sistemi üzrə həll variantıdır. Şirkətin yeni həll variantları arasında hökumət üçün pilot istismar rejimində olan “SESDA” elektron sənəd dövriyyəsi sistemi yer alır. “ASAN xidmət” üçün yeni layihə - yeni doğulmuş uşaqlar üçün onları bütün həyatı boru müşayiət edəcək şəxsi identifikasiya nömrəsi də təqdim edilir. Bizim məqsədimiz şirkətin məhsullarını təkcə Azərbaycanda deyil, eləcə də xarici ölkələrdə - Yaxın Şərq, Afrika və Mərkəzi Asiya (Əfqanıstan, İraq, Tacikistan, Tanzaniya və s.) ölkələrində təbliğ etməkdir. Biz “Bakutel” sərgisini öz dostlarımızdan ibarət olan klub hesab edirik və burada hər il müxtəlif ölkələri təmsil edən müştəri və tərəfdaşlarımızla görüşmək, onlarla ünsiyyət qurmaq, habelə sənayedəki təmayülləri izləmək imkanı əldə edirik”.

Optik kabellərin əlli növü
“STP” şirkətinin mətbuat katibi Rustam Allahverdiyev isə bildirib ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoloji parkların yaradılması sahəsində ilk nümunə və unikal kompleks kimi özündə 17 zavodu və 25-dən artıq istehsal platformasını birləşdirir və burada ən son texnoloji nailiyyətlər innovativ həll variantları ilə vəhdət tapır: “Biz “Bakutel” sərgisində bir sıra yeni məhsulları təqdim etdik. Ötən ilin sonlarında STP Cənubi Qafqaz regionunda ilk dəfə olaraq optik kabellərin istehsalına start verib. Əgər biz ötən il optik kabellərin üç növünü təqdim etmişdiksə, bu il siqnalizasiya, telekommunikasiya, yanğınsöndürmə və digər sistemlər üçün optik kabellərin əlli növünü sərgi ziyarətçilərinin diqqətinə çatdırdıq. Bundan başqa, biz sistem otaqları üçün dolab və qutular təklif edirik. Nəhayət, ilk dəfə olaraq öz stendimizdə müxtəlif terminallar və informasiya kioskları, Gömrük Komitəsinin sifarişi əsasında hazırlanmış elektron növbə sistemləri, elektron bəyannamələrin verilməsi üçün terminallar və digər məhsulları təqdim etdik. Biz sərgidə yeni tərəfdaşlar, optik kabellər, elektron terminallar və bizim digər məhsullarımızın istehlakçıları ilə tanış olmaq niyyətindəydik. “Bakutel” sərgisi öz işinə başladığı ilk gün ərzində bizi maraqlandıran təşkilatlarla görüşlər keçirmək və onlarla əlaqələr qurmağa imkan verib”.

Antenaların geniş çeşidi
Sərgi iştirakçısı olan “BBT Antennas Inc” şirkətinin satış üzrə meneceri Lin Aypinq qeyd edib ki, “BBT Antennas” şirkəti Çində antenaların peşəkar və etibarlı istehsalçılarından biri kimi tanınır: “Biz “Bakutel” sərgisində ilk dəfə olaraq öz geniş məhsul çeşidimizi - “Wi-Fi”, “WiMAX”, “3G”, “LTE”, “VHF/UHF”, “GPS” və digər şəbəkələr üçün telekommunikasiya antenalarımızı təqdim etdik və bu antenalardan baza stansiyalarında və simsiz rabitə sahələrinin yaradılmasında istifadə etmək olar. Biz telekommunikasiya avadanlıqlarının istehsalçıları və inteqratorları ilə görüşlər keçirməkdə maraqlıyıq. Biz Azərbaycanda satış bazarı açmaq niyyəti ilə öz məhsullarımız barədə məlumat vermək, yerli şirkətlərlə münasibətlər qurmaq və yeni müştərilər qazanmaq istəyirik. Bundan başqa, əminik ki, beynəlxalq “Bakutel” sərgisi bizim maraq dairəmizə daxil olan regionun digər ölkələrinin nümayəndələri ilə görüşlər keçirmək və danışıqlar aparmağa imkan verir. Sərgi beynəlxalq biznes, xarici təşkilatlarla tanışlıq və sıx əməkdaşlığın qurulması, tərəfdaşlıq və dostluq münasibətlərinin yaradılması baxımından mühüm platformadır”.

Yerli innovasiyaların böyük potensialı
“R.İ.S.K.” şirkətinin meneceri Ruslan Novruzov qeyd edib ki, şirkət “Bakutel- 2016” sərgisində onun öz təkmilləşdirmələrinə və tərəfdaşları - dünyanın aparıcı İT avadanlığı istehsalçılarının texnologiyalarına əsaslanan qabaqcıl həll variantları nümayiş etdirib. Bu ekspozisiyada əsas diqqət yüksək ixrac potensialına malik olan və artıq bütün dünyada qəbul edilən yerli innovativ həll variantlarına yönəldilib. Məsələn, bizim stenddə dünyanın iyirmidən çox ölkəsində yaxşı tanınan və səmərəli və təhlükəsiz aeronaviqasiyanı təmin edən “PANDA” markalı proqram tətbiqləri kompleksi təqdim olunub. Ziyarətçilər “Wi-Fi” simsiz rabitəsini istehlakçıların üstünlük verdiyi məhsulların təhlil olunmasının və istehlakçılarla qarşılıqlı əlaqələrin güclü vasitəsinə çevirən, getdikcə daha böyük populyarlıq qazanan innovativ “WandaFi” texnologiyası ilə tanış olublar. “IT-Expertise” (İT sahəsində peşəkar təcrübə) sahəsində həll variantları paketi regionda həyata keçirilən bir sıra ən böyük infrastruktur layihələrində artıq tətbiq olunub. “R.I.S.K.” şirkəti öz tərəfdaşları ilə birlikdə təhlükəsiz və böyük yüklü “Wi-Fi” şəbəkələrinin təşkil edilməsi üçün nəzərdə tutulan həll variantları silsiləsini və məlumat nəqli şəbəkələrinin təhlükəsizliyi və səmərəsinin yüksəldilməsinə yönəldilən ən yeni məhsulları təqdim edir. “R.I.S.K.” şirkətinin stendini ziyarət edən insanların bu həll variantlarını sınaqdan keçirməsi və sınaqların təcrübi nəticələri ilə tanış olması, habelə bizim şirkətin texniki mütəxəssislərindən ekspert tövsiyələri, eləcə də məsləhət alması üçün əla imkan yaradıldı”.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
24.01.2017
“Sosial şəbəkələr gənclərimiz üçün çox əlverişlidir”
23.01.2017
“Bilik və təcrübələrimi daha da genişləndirmək üçün İKT-dən də geniş istifadə etməyə çalışıram”
19.01.2017
Cari ildə İKT sahəsində yeni tədbirlərin həyata keçirilməsinə başlanılıb
18.01.2017
2016-cı il İKT sahəsində bir çox yeniliklərlə yadda qaldı
17.01.2017
ADPU-da Elektron Universitet yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5244

1 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
2 “Bir ölkədə nə qədər çox savadlı kadr olarsa, ölkə bir o qədər güclü olar”
3 Neftçala Sənaye Zonasında iyulda avtomobil istehsalına başlanacaq
4 Yapon məktəblilərindən məktublar
5 «Bir mətbuat konfransının tarixi» sənədli filminin təqdimatı keçiriləcək
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info