Masa başında çalışanları hansı təhlükə gözləyir?
Tarix: 04.04.2013 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


İndiki vaxtda iş həyatında kompyuter istifadəçilərinin artmasıyla bəzi çətinliklər də ortaya çıxır, belə ki, masa başında çalışanlar sağlamlıq problemləri ilə qarşı-qarşıya qala bilir. Xüsusilə saatlar boyunca masa başında işləyənlərdə hərəkətsizliyə bağlı boyun, kürək və bel ağrıları yarandığını ifadə edən manipulyasiya (əllə müalicə) mütəxəssisi dr. Əli Şahabettinoğlu Türkiyə mediasına açıqlamasında zamanla yaranan bu ağrıların getdikcə xronikləşib adamın dözə bilməyəcəyi ölçülərə vara bildiyini qeyd edib. Sabit bir şəkildə kompyuter qarşısında oturub çalışanlarda bel və boyun əzələlərinin zamanla tənbəlləşdiyini vurğulayan Şahabettinoğlu deyib ki, bu da yırtığa səbəb olur: “Bu vəziyyətin uzun müddət davam etməsi onurğada ciddi narahatlıqlara yol aça bilir. Masa başı işi olanların gün boyu sabit bir şəkildə oturmamaları, hər yarım saatda bir ayağa qalxaraq ofisdə gəzmələri lazımdır”. Davamlı eyni mövqedə kompyuterə baxaraq işləyənlərin boyun məşqləri edərək meydana gələ biləcək narahatlıqlardan özlərini qoruya biləcəyini yazan Şahabettinoğlu belə davam edib: “Bu davamlı oturmalar, hərəkətsizlik nəticəsində onurğa ətrafı əzələlərdə zəifləməyə və nəticədə boyunda düzləşmə, boyun və bel yırtıqlarına zəmin hazırlayır. Gün ərzində hərəkətsizlikdən və davamlı eyni mövqedə oturmaqdan qaynaqlanan ağrılarınız beldən qıça yayılırsa, bel yırtığı, boyundan qola və ələ yayılan ağrınız mövcuddursa, boyun yırtığı ola biləcəyiniz ehtimalı var”. Ə.Şahabettinoğlu, bu cür narahatlıqlarda dərhal fizioterapiya üzrə müalicə mütəxəssisinə müraciət edilməsini təklif edib. Bursadakı mərkəzində maniplasyon üsulu tətbiq edən Şahabettinoğlu bu üsulun çox az sayda həkim tərəfindən tətbiq olunduğuna diqqət çəkib. Manipulyasiya müalicəsinin yüngül hadisələrdə 2-3, orta hadisələrdə 4-6 və ağır hadisələrdə 7-9 seans tətbiq olunduğunu izah edən Şahabettinoğlu bildirib ki, bu müalicə xəstəlik olan bölgəyə bəzi basdırma, gərmə və çevirmə kimi manevrlərlə tətbiq olunur. Şahabettinoğlu manipulyasiya müalicəsinin bel və boyun yırtıqlarında 98 faiz müvəffəqiyyətlə nəticələndiyini sözlərinə əlavə edib.
FUAD




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb
21.10.2019
Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb
21.10.2019
Moldovada keçirilən yerli seçkilərdə sosialistlər qalib gəlib
20.10.2019
Daşkənddə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı bağlı tədbir keçirilib
20.10.2019
Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info