«Rusiyaya gedən erməni ailə başçıları geri qayıtmırlar»
Tarix: 04.04.2013 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Ermənistan iqtisadiyyatının ağır durumu bu ölkə vətəndaşlarını çətin həyat şərtləri ilə mübarizə aparmağa vadar edir. Sərkisyan rejiminin yaratdığı və vətəndaşların həyat şəraitin daha da ağırlaşdıran keçilməz sədlər əhalinin böyük əksəriyyətini yoxsulluq həddindən də aşağı səviyyədə yaşamağa məcbur edir.
Belə vəziyyətdə olan ermənilərin ölkəni tərk etməkdən başqa çıxış yolu yoxdur. Ermənistan sosioloji mərkəzlərinin və mətbuatının açıqladığı təxmini rəqəmlərə görə, il ərzində 100 minə yaxın erməni ölkəni tərk edir. Ermənistan vətəndaşlarının əsas üz tutduğu ölkələrdən biri də Rusiyadır. Rəsmi Moskvanın həyata keçirdiyi «Həmvətənlər proqramı» ermənilərin Rusiyaya axınında mühüm rol oynayır. Rusiya Miqrasiya Xidmətinin Ermənistanda yerləşən ofislərinin qarşısında yaranan uzun növbələr də ermənilərin kütləvi köçündən xəbər verir. Xarici ölkələrə üz tutan ermənilər orada özlərinə minimum şərait yaratdıqdan sonra Ermənistanda qalan ailələrini də ora aparırlar. Amma bu «xoşbəxtlik» də hamıya qismət olmur. «Armenia Today» saytının yaydığı məlumatdan da görünür ki, bir çox ailə başçısı xaricə üz tutduqdan sonra geri qayıtmır. Gümrüdə yaşayan yoxsul ailələrin problemlərini daimi olaraq qabardan «Şirak» Mərkəzi iki erməni ailəsinin yaşadığı ağır vəziyyətlə bağlı material hazırlayıb. Həmin məqalədə deyilir: «İlk baxışda iki ayrı-ayrı ailədir. Onlardan biri əlil anadır və yataq şəraitində yaşayır. Onun 4 kiçik yaşlı övladı var. Digəri isə kor qadındır. Zəlzələdən sonra uzun illər vaqonda yaşayan qadını 9-cu mərtəbədə birotaqlı mənzillə təmin ediblər. Bu iki ailəni bir fakt birləşdirir. Birinci ailədə qadının həyat yoldaşı, ikinci ailədəki qadının oğlu bir ildən çoxdur ki, dolanışıq üçün Rusiyaya işləməyə gedib. Elə o vaxtdan onlardan heç bir xəbər yoxdur. Ailəni dolandıran iki şəxsin Rusiyaya getməsi həmin ailələrin dolanışığını daha da ağırlaşdırıb. Üstəlik, kor qadın artıq 6 aydır ki, absurd səbəblər üzündən sosial yardımdan məhrum edilib». «Şirak» Mərkəzinin ailələri ziyarət etməsinin səbəblərindən biri də həmin iki ailə ilə bağlı Los-Ancelesdə keçirilən xeyriyyə marafonunda toplanan vəsaiti onlara təqdim etmək olub.
ANAR




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Fransada erməni redaksiyasına “hücum” edilib(?)
20.10.2019
ABŞ Rusiyanın “ən təhlükəli“ döyüş gəmisi haqqında
19.10.2019
Paşinyanin müttəfiqləri niyə narazidirlar?
19.10.2019
Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və...
19.10.2019
Ukrayna əhalisinin sayı azalır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info