Gənclər söz sahibi olur
Tarix: 04.04.2013 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


|

Dostum, istedadlı telejurnalist Mirşahin bu yaxınlarda Azərbaycanda baş verən real və virtual proseslərə özünəməxsus, orijinal yanaşmasıyla bir daha sübut etdi ki, ölkə əhalisinin yarıdan çoxunu təşkil edən gənclər get-gedə daha çox söz sahibi olur, cəmiyyətimizi irəliyə aparan ciddi sosial qüvvəyə çevrilməkdədirlər.
Qoy yaşlı nəslin nümayəndələri inciməsin, zəmanənin diktəedici qüvvəsi indi hər yerdə gənclərdir: romantik inqilabçılar da, virtual dünyanı quranlar da, real işlərlə məşğul olanlar da. Bizim Azərbaycanda da bu proses çoxdan başlayıb. Bu ictimai-sosial prosesdə həm ölkəmizdə təhsil alan, həm də xaricdəki nüfuzlu universitetlərdə oxuyub geri qayıdan gənclər daha çox fəallıq göstərdilər. 200-dən çox gənclər təşkilatı yarandı ki, onlar da cəmiyyətin müxtəlif problemləri və həlli vacib məsələlərlə bağlı layihələr hazırlayır, milli və xarici fondlardan qrant alaraq çoxsaylı tədbirlər, ictimai-mədəni aksiyalar həyata keçirir, xeyriyyəçiliklə məşğul olurlar.
Keçirilən layihələr, təlim və ixtisaslaşmış kurslar, yay və qış məktəblərində on minlərlə Azəraycan gənci iştirak edir, onlar həm ölkəmizdə, həm də onun hüdudlarından çox-çox kənarda - müxtəlif xarici ölkələrdə təcrübə toplayır, fərqli düşüncə, ictimai-mədəni, sosial-ekoloji texnologiyaları, innovativ-kreativ yenilikləri cəmiyyətimizə daşıyırlar...
Belə bir mərhələdən sonra Azərbaycanın əksər gəncləri ölkəmizdə keçirilən çoxsaylı mədəniyyət, idman, internet, elmi tədbirlərin yüksək səviyyədə təşkilində xüsusi bilik və bacarıq nümayiş etdirirlər. Dünyanın aparıcı dillərini bilmələri, internet və İKT bilgilərinə malik olmaları, istənilən sahəyə fərqli-kreativ baxışlarının olması bizim gənclərin fərqlənməsinə səbəb olmuş, dövlətin aparıcı qollarında onlara tələbat yaradıb.
Sadalanan məsələlərdə isə gənclərimizin və gənclər QHT-lərinin əsas partnyoru, layihələrini və tədbirlərini maliyyələşdirən, onların dövlətimizin gənclər siyasətindəki fəal iştirakını təşkil edən rəsmi qurumlardan biri, bəlkə də əsası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyidir. Bu dövlət qurumu, azsaylı rəsmi orqanlardandır ki, istənilən gənc və ya gənclər təşkilatlarının üzvü bu nazirliyə və ona daxil olan qurumlara rahatca daxil ola bilir, üzləşdiyi problemlər, yaxud reallaşdırmaq istədiyi layihələri təqdim edə bilir.
Olsun ki, dostum Mirşahin bütün bunlardan az məlumatlıdır, amma bu, o demək deyil ki, Gənclər və İdman Nazirliyinin ölkəmizin gənclər siyasətindəki rolu zəifdir.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info