Yaponiyada təşkil edilmiş ziyafətdə Azərbaycandan danışılıb
Tarix: 09.12.2016 | Saat: 15:00:00 | E-mail | Çapa göndər
Dekabr ayının 6-da Yaponiyanın paytaxtı Tokio şəhərində, “Sərhədləri Ötənlər” (Ekkyokai) klubunun və “World Investors TV” kanalının təşəbbüsü və təşkilatçılığı ilə 2016-cı ilin yekunlarına həsr olunmuş möhtəşəm ziyafət təşkil edilmişdir. Ziyafətdə cəmi 150 nəfər olmaqla, yaponiyalı biznesmenlər, xarici iş adamları, bu ölkədə olan Azərbaycan səfirliyinin nümayəndələri, Yaponiyada səfərdə olan ADA universiteti və Xarici Dillər Universitetinin müəllimləri, Yaponiyada təhsil alan azərbaycanlı tələbələr fəal şəkildə iştirak etmişlər. Ziyafətə fəxri qonaq qismində dəvət edilmiş Dünya Azərbaycanlıları Assambleyasının Şərqi və Orta Asiya üzrə vitse-prezidenti, Yaponiya nümayəndəliyinin sədri Əlibəy Məmmədov nitqlə çıxış edərək, Azərbaycan və Yaponiyanın son illər ərzində gözəçarpan inkişafını yüksək qiymətləndirmişdir.
Ə. Məmmədov qeyd etmişdir ki, təxminən 3 il əvvəl yaradılmış “Sərhədləri Ötənlər” klubunun və onun partnyorlarının sayəsində Azərbaycan və Yaponiya arasında olan hərtərəfli inkişaf özünün yeni və daha parlaq mərhələsinə qədəm qoymuşdur. Yaponiya tərəfindən bu inkişafın əsas banilərindən biri olan, Yaponiyada Azərbaycan adının ən ali səviyyədə tanıdılmasında, bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporuna ən yaxından yardım edən, azərbaycanlıların yaxın dostu, Azərbaycanı səmimi qəlbdən sevən və ona bağlı olan “Sərhədləri Ötənlər” klubunun prezidenti Kazuyasu İşidanın fəaliyyəti xüsusilə vurğulanmışdır.
Ə. Məmmədov Yaponiya-Azərbaycan əlaqələrinin, həm mədəni, həm iqtisadi, həm də siyasi səviyyələrdə daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.
Ziyafətin təşkilatçısı Kazuyasu İşida isə öz nitqində qeyd etmişdir ki, rəhbərlik etdiyi və özündə təxminən 1500 nəfərə yaxın yaponiyalı biznesmeni cəmləşdirən “Sərhədləri Ötənlər” klubunun təşkilatçılığı ilə son 3 ildə dünyanın bir çox ölkələrinə biznes səyahətləri təşkil etmişlər. Bu ölkələr arasında yaponlar tərəfindən ən çox sevilən ölkə heç şübhəsiz Azərbaycan olmuşdur. Azərbaycanlıların qonaqpərvərliyinə, yaponsevərliyinə, insanlarına və tarixinə heyran qaldığını bildirən K. İşida bundan sonra da Yaponiyada Azərbaycan diasporunun daha da güclənməsində, iki ölkə arasında olan mədəni və iqtisadi əlaqələrin daha da dərinləşməsində yaxından iştirak edəcəyini bildirmişdir.
K. İşida onu da vurğulamışdır ki, gələn ilin Aprel ayında yaponiyalı biznesmenlərin iştirakı ilə Azərbaycana işgüzar səfərə gedəcəklər. Əsas etibarilə Bakı və Şəkidə görüşlər keçirəcəklərini vurğulayan K. İşida son zamanlar inkişaf etməkdə olan Azərbaycan və Yaponiyanın regionlararası inkişafına daha da böyük töhvələr vermək fikrində olduqlarını dilə gətirmişdir.
Sonda ziyafətin təşkilatçıları ilə xatirə şəkli çəkilib.

Fuad






 
Bölməyə aid digər xəbərlər
26.04.2017
“Türkiyəli iş adamlarının Azərbaycana investisiyaları 9 mlrd. dolları ötüb“
25.04.2017
“Cənub Qaz Dəhlizi“nin ötürücülük qabiliyyəti ikiqat arta bilər
25.04.2017
Rektor Yevgeniy Bajanov: “Postsovet ölkələri, o cümlədən Azərbaycanla münasibətləri daha da yaxşılaşdırmaq istəyirik”
25.04.2017
Vilnüs Universitetində Azərbaycan Auditoriyası açılıb
25.04.2017
Bülənd Qorxmaz: “Şopinq Festival Bakıya çox yaraşır”

Şərh əlavə olunmayıb



    ,    
Mahmud Əyyub
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6269

1 Biznesmen diaspor üzvlərindən təkliflər var
2 Albert Aqarunovun xatirəsinə həsr olunan Karate–Do üzrə çempionat keçirilib
3 ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
4 İctimai səhiyyə üzrə bakalavr təhsili alan ilk azərbaycanlı
5 “Rumıniyada ermənilərin bizim əleyhimizə hansısa ciddi işlər görməsinə şərait yaradılmayıb”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info