ANAMA-ya təklif
Tarix: 04.04.2013 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bir sıra xarici ölkələrdə həyata keçirilən minatəmizləmə əməliyyatlarında iştiraka dəvət olunub.
Bu barədə ANAMA-nın direktoru Nazim İsmayılov məlumat verib.
N. İsmayılovun sözlərinə görə, İraq və Livandan ANAMA-nın bu ölkələrdə həyata keçirilən minatəmizləmə əməliyyatlarında iştirakına dair təkliflər var: «İraqda neft mədənlərinin ətrafında minalı sahələr mövcuddur. Xaricdən, xüsusilə də Amerika və Avropadan İraq və Livanda çalışan minatəmizləmə şirkətlərinə yerli insanların yanaşması da fərqlidir. ANAMA-nın ölkədə və xaricdə gördüyü işlər İraq və Livan tərəfindən maraqla qarşılanıb və bu yaxınlarda ANAMA-ya müraciət olundu».
N. İsmayılov bildirib ki, yaxın vaxtlarda İraqın yerli minaaxtaranlarından ibarət qrup Azərbaycana səfər edəcək. Burada onlar ANAMA-nın imkanları ilə tanış olduqdan sonra bu ölkə ilə hansı layihələrin həyata keçirilməsi barədə qərar qəbul olunacaq.
ANAMA direktorunun sözlərinə görə, Azərbaycan minaaxtaranlarının peşəkarlığı, iş prinsipi, eləcə də əldə etdiyi nailiyyətlər artıq bir sıra Avropa, Asiya və Afrika ölkələrinin müvafiq qurumları və şirkətləri tərəfindən öyrənilir. Bu il ANAMA tərəfindən beynəlxalq təşkilatlarla birgə Azərbaycanda xarici ölkələrin mütəxəssisləri üçün iki beynəlxalq təlim kursunun təşkili planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info