Yaponiyada Azərbaycanla bağlı növbəti seminar keçirilib
Tarix: 12.12.2016 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Yaponiyanın paytaxtı Tokio şəhərinin Setagaya bölməsində yerləşən məktəbdə Dünya Azərbaycanlıları Assambleyasının vitse-prezidenti, Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov tərəfindən “Mənim Ana Vətənim – Azərbaycan” mövzusunda seminar həyata keçirilmişdir.
Seminarda ümumilikdə 60 şagird və 5 müəllim iştirak etmişdir.
Seminar zamanı əsas diqqət Azərbaycanın tarixi, mədəniyyəti, insanlarının gündəlik həyat tərsi, müasir inkişafı və Yaponiya-Azərbaycan ikitərəfli münasibətlərində adi insanların roluna yönəldilmişdir.
Ə. Məmmədov qeyd etmişdir ki, Azərbaycan qədim mədəniyyətə malik olan bir dövlətdir. Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlər və xalqlar Azərbaycan mədəniyyətinin formalaşmasında mühüm rol oynamışlar. Ölkəmiz Şərqlə Qərbi birləşdirən Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, dünya təhlükəsizliyinə də öz dərin töhvələrini verməkdədir.
Azərbaycan torpaqlarında farslar, ərəblər, monqollar, türklər, ruslar öz dövlətlərini qurmuş, regionda əsrlər boyu hakimiyyətlərini sürdürmüşlər. Bütün bunların nəticəsində yerli insanlarda xaricilərlə qaynayıb qarışma, digərlərinin mədəniyyətinə hörmətlə yanaşma, qarşılıqlı hörmət və anlayış şəraitdə yaşama mədəniyyəti formalaşmışdır. Nəhayət 1918-ci ildə Azərbaycan ilk dəfə müstəqilliyinə qovuşanda ölkəmiz İslam dünyasında ilk demokratik dövlət, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlətdir. Bundan əlavə Azərbaycan İslam dünyasında milli teatrın (Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri), operanın (Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsəri) və baletin (Əfrasiyab Bədəlbəylinin “Qız Qalası” əsəri) əsasının qoyulduğu yerdir.
1991-ci ildə Azərbaycan tarixdə ikinci dəfə öz müstəqilliyinə qovuşur. İlk illər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkədaxilində baş verən toqquşmalar nəticəsində özünün ən ağır günlərini yaşasa da, 1993-cü ildə hakimiyyətə Heydər Əliyevin gəlməsi isə vəziyyət stabilləşməyə doğru inkişaf edir. 1994-cü ildə Ermənistanla atəşkəs müqaviləsi imzalanır. Eyni ildə “Əsrin Müqaviləsi” neft kontraktı imzalanır. 1995-də konstitusiya qəbul edilir. Azərbaycanın iqtisadi və siyasi həyatı stabilləşmə mərhələsinə qədəm qoyur. 2000-ci illərdə isə neftdən gəlirlər gəlməyə başladıqda bu vəsaitlər hesabına ölkənin qeyri-neft sektoru da inkişaf mərhələsinə qədəm qoyur.
Azərbaycanda kənd təsərrüfatı və turizm sektoru inkişaf etməkdədir. Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Azərbaycanın kənd təsərrüfatı məhsulları öz keyfiyyəti və uyğun qiymətləri ilə dünya bazarında öz yerini tutmaqdadır. Bugün artıq Yaponiyada Azərbaycan balı, narı, şərabı, təbii şirələri, biyan kökləri öz layiqli yerini tutmaqdadırlar.
Qeyri-rəsmi məlumatlara görə il ərzində Azərbaycandan Yaponiyaya 500 nəfər, Yaponiyadan Azərbaycana isə 5 min nəfər insan səyahət edir.
Azərbaycanın kənd təsərrüfatında Yaponiya texnikası və təcrübəsindən yüksək səviyyədə istifadə edilir.
Bütün bunların nəticəsində ikitərəfli münasibətlərimizdə inkişaf gözə çarpacaq dərəcədədir. Bugün hətta regionlarımız arasında da qardaşlaşma layihələri uğurla həyata keçirilir.
Qeyd edək ki, proqram çərçivəsində Serbiya, İran və Hindistandan olan nümayəndələr də öz ölkələri haqda məlumatlar vermişlər.
Sonda idarə heyəti və şagirdlərlə xatirə şəkli çəkilmişdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Ümummilli lider Heydər Əliyevin xatirəsi Səudiyyə Ərəbistanında anılıb
08.12.2018
Ermənistan atəşkəs rejimini 28 dəfə pozub
08.12.2018
Neft hasilatının azaldılması sazişi üzrə İran, Liviya və Venesuelaya güzəştə gedilib
07.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitələr aşkarlanıb
07.12.2018
Səyyar “ASAN Kommunal” Bilgəhdə

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info