Qubadakı “Günbəzli hamam”da təmir işləri gələn ilin may ayında yekunlaşacaq
Tarix: 12.12.2016 | Saat: 16:27:00 | E-mail | Çapa göndər
Quba şəhərindəki XVIII-XIX əsrlərə aid “Günbəzli hamam” tarixi abidəsinin bərpası davam etdirilir. Qədim tikilidə rekonstruksiya işlərinin 60 faizi yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, “Günbəzli hamam”ın yenidən qurulması 2017-ci ilin may ayında başa çatacaq. İki günbəz və 9 hücrədən ibarət olan qədim tikilinin fasadının yenilənməsi prosesi artıq tamamlanıb. Hazırda isə binanın dam örtüyü dəyişdirilir, divarlardakı çatlar təmir olunur.
Təmir-bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
İş icraçısı İsrail Cabbarov bildirib ki, tarixi abidənin bərpası zamanı onun xarici görünüşündə dəyişiklik edilməyib. Təmir və yenidənqurma işləri qədim hamamın daxilində də aparılır. Bişmiş qırmızı kərpicdən tikilən hamam binasının bərpası zamanı o dövrün memarlıq ənənələrindən istifadə edilir. Belə ki, bərpa zamanı sementi gil və əhəng kimi tikinti materialları əvəzləyir. Bununla yanaşı, təmir prosesində hamamın iç divarlarındakı müxtəlif naxış və ornamentlər də qorunub saxlanılacaq.
Qeyd edək ki, “Günbəzli hamam” Şərq memarlıq üslubunda tikilib. Böyük və kiçik olmaqla, iki tağdan ibarətdir. Geniş salonu olan hamamın istilik sistemi odunla işləyib. Tarixi abidə özündə Azərbaycanda qırmızı bişmiş kərpicin erkən istifadə texnikasını nümayiş etdirir.
1985-ci ilədək əhalinin istifadəsində olan hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.
Bərpadan sonra muzey kimi fəaliyyət göstərəcək qədim hamam binasında müxtəlif sənətkarlıq nümunələrinin sərgisi təşkil ediləcək.
 
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.01.2017
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardım ayrılıb
19.01.2017
“Heydər Əliyevin adına həkk olunmuş xidməti biz hər zaman xatırlayacağıq”
18.01.2017
20 Yanvar şəhidləri İlham və Fərizəyə həsr olunmuş xalça təqdim edilib
18.01.2017
Sabirabadda məktəb binasının inşası başa çatmaq üzrədir
18.01.2017
Görkəmli dövlət və elm xadimi, unudulmaz ziyalı

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5200

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
4 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
5 “Hər bir təhsil işçisi öz peşə fəaliyyətində İKT vasitələrinin tətbiqi üzrə xüsusi hazırlıq keçməlidir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info