“Karyeramın ən böyük nailiyyətini Azərbaycanda qazanmışam”
Tarix: 12.12.2016 | Saat: 19:10:00 | E-mail | Çapa göndər
“Bakıda keçirilən Qran-pri turnirində 49 kiloqram çəki dərəcəsində qızıl medal qazandım. Finalda koreyalı idmançı ilə döyüşüm gərgin keçsə də, qəlib gəlməyi bacardım”. Bunu taekvondo üzrə Bakı Qran-prisinin qızıl medalçısı, İngiltərə millisinin qadın üzvü Çarli Maddok deyib. Gənc taekvondoçu döyüşlərinin asan keçmədiyini bildirib: “Hər döyüşün öz çətinliyi var. Rəqiblərimin hamısını məğlub etdiyimə görə sevinirəm. Ən çətin görüşüm final qarşılaşması oldu. Həlledici döyüşdə koreyalı olimpiya çempionu ilə üz-üzə gəldim. Döyüşün sonuna az qalmış hesabda geridə idim. Qələbə zərbəsini rəqibin başına son 10 saniyədə endirə bildim. Zərbəm 4 xalla qiymətləndirildi və fərxi kürsünün ən yüksək zirvəsinə qalxdım”. Britaniyalı idmançı “Bakı-2015” Avropa Oyunlarında da qızıl medal qazandığını xüsusi vurğulayıb: “Karyeramın ən böyük nailiyyətini Azərbaycanda qazanmışam. İdman ölkəsi olan Azərbaycan mötəbər yarışlara çox yüksək səviyyədə ev sahibliyi edir. Bakı çox gözəldir və inkişafı göz qabağındadır. Buradakı təşkilatçılıq və ab-hava çox xoşuma gəlir. Ölkənizin bu sahədə böyük təcrübəsi var”, - deyə Ç. Maddok əlavə edib.




 
Bölməyə aid digər xəbərlər
18.08.2017
Almaniyanın “Neues Deutschland” qəzetində Azərbaycandan bəhs olunub
17.08.2017
“Azərbaycanda skautinqin inkişafı üçün hər cür şərait var”
17.08.2017
“Forum yüksək səviyyədə təşkil olunub”
16.08.2017
“Skaut hərəkatı Azərbaycanda daha geniş vüsət alacaq”
16.08.2017
Aleksandr Proxanov: “Ulu babalarım Azərbaycanda yaşayıb”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7142

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
3 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info