Azərbaycan filmləri Hindistanda nümayiş olunub
Tarix: 12.12.2016 | Saat: 19:38:00 | E-mail | Çapa göndər
Hindistanın 5-ci Dehli Beynəlxalq Film Festivalının müsabiqə proqramında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Dərs” və “Onun atası” bədii filmlərinin nümayişi baş tutub. Festival dekabrın 3-dən 9-dək Yeni Delhi şəhərində keçirilib.
Filmlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. “Dərs” tammetrajlı bədii filminin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. Ekran əsəri Rusiyanın 25-ci “Kinoşok” Beynəlxalq Film Festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film”, Belarusiyanın 23-cü “Listapad” Minsk Beynəlxalq Film Festivalının “Qızıl Listapadik” mükafatlarına layiq görülüb. “Onun atası” bədii filmi “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. “Onun atası” filminin beynəlxalq təqdimatı İtaliyanın 17-ci Asiatica, Encounters with Asian Cinema Film Festivalının müsabiqə proqramında baş tutub




 
Bölməyə aid digər xəbərlər
26.05.2017
Azərbaycan poeziyası Londonda səsləndirlib
26.05.2017
“İslam dini və Sülh” adlı tədbir-sərgi keçiriləcək
25.05.2017
Xalq artisti Habil Əliyevin xatirəsi anılacaq
25.05.2017
Camal Kamalın 80 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq
25.05.2017
Əbülfəs Qarayev: “Növbəti Bakı Şopinq Festivalına 500-dək ticarət obyektinin qoşulacağı nəzərdə tutulur”

Şərh əlavə olunmayıb



    ,    
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6556

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
5 Almaniyada keçirilən festivalda Azərbaycan da təmsil olunub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info