“Bakutel-2016” sərgisi dünya mətbuatında geniş işıqlandırıldı
Tarix: 12.12.2016 | Saat: 19:50:00 | E-mail | Çapa göndər
İtaliya qəzeti “Bakutel-2016”-nı Qafqazın bu sektorda ən irimiqyaslı sərgisi adlandırıb

Bakıda keçirilən “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi başa çatdı. Həmin sərgi bir sıra xarici ölkələrin KİV-lərində geniş işıqlandırıldı. Layihəmiz də məhz İKT-nin inkişafı ilə bağlı olduğundan həmin məlumatları oxucuların diqqətinə çatdırırıq.

Sərgi Azərbaycanın regionda telekommunikasiya və informasiya texnologiyaları biznesi sahəsində liderlərdən biri olduğunu nümayiş etdirir

Prezident İlham Əliyev noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgisi ilə tanışlıq zamanı “Euronews” telekanalına müsahibə verib. “Euronews” telekanalı dövlətimizin başçısının müsahibəsi və “Bakutel-2016” sərgisi ilə bağlı reportaj yayımlayıb. Reportajda “Bakutel-2016” sərgisinin əhəmiyyəti vurğulanır, Azərbaycan rabitəsinin yaranma tarixinə toxunulur. Qeyd edilir ki, regionda ən böyük sərgi olan “Bakutel” artıq 20 ildən çoxdur hər il öz meydançasına telekommunikasiya bazarının aparıcı şəxslərini və iştirakçılarını, həmçinin informasiya texnologiyaları istehsalçılarını toplayır. 135 il əvvəl Nobel qardaşları Bakıda ilk telefon xəttini çəkiblər. Azərbaycan rabitə sənayesinin yaranma tarixini o vaxtdan hesablayır. Reportajda bildirilir ki, artıq 22-ci dəfə keçirilən “Bakutel” sərgisində bu il təxminən 20 ölkəni təmsil edən 200-dən çox şirkət, həmçinin 7 aparıcı korporasiya iştirak edir. Burada yalnız fikir deyil, eyni zamanda, ideya mübadiləsi aparılır. Süjetdə Prezident İlham Əliyevin sərgidə iştirakı xüsusi vurğulanır. Dövlətimizin başçısının sərginin iştirakçılarını, təşkilatçılarını və qonaqları salamladığı diqqətə çatdırılır. Prezident İlham Əliyev “Euronews”a müsahibəsində deyib ki, yaxın illərdə iqtisadiyyat neft və qazın hesabına yüksəlməyəcək. Ona görə yox ki, neft və qazın qiymətləri aşağı düşüb. Ona görə ki, iqtisadiyyatın digər sahələri - sənaye, turizm, xidmət, kənd təsərrüfatı və telekommunikasiya sənayesi, informasiya texnologiyaları sahəsi ilə bağlı digər sektorlar inkişaf edir. Artıq ənənəvi olaraq keçirilən bu sərgi Azərbaycanın regionda telekommunikasiya və informasiya texnologiyaları biznesi sahəsində liderlərdən biri olduğunu nümayiş etdirir. Reportajda bildirilir ki, “Bakutel” sərgisində videooyunlar və virtual reallıqla bağlı sahələr üstünlük təşkil edir. Sərgi çərçivəsində “WorldShop” realiti market fəaliyyət göstərir. Burada, həmçinin telekommunikasiya şəbəkəsi, simsiz rabitə, peyk rabitəsi və onunla bağlı texnologiyalar, informasiya texnologiyaları sahəsində ofis texnologiyaları, həmçinin 4G və 5G formatında mobil texnologiyaların ekspozisiyaları var. Reportajın müəllifi sərginin beynəlxalq əhəmiyyətini xüsusi qeyd edərək deyir: “İnformasiya texnologiyaları məhsullarının yeniliklərinin nümayişi üçün mühüm platforma olan “Bakutel” həm region, həm də bütün dünya üçün möhkəm işgüzar əlaqələrin qurulduğu əsas biznes meydançası statusunu qazanıb”.

İtaliyanın “L’opinione” qəzeti “Bakutel” sərgisindən yazıb
“Bakutel-2016” XXII Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransına həsr olunan digər məqalə İtaliyanın “L’opinione” qəzetində jurnalist Domeniko Letisiyanın müəllifi olduğu “Yüksək texnologiyalar dünyası Bakıda görüşür” adlı məqalə dərc edilib. Beynəlxalq tədbirin müxtəlif sərgi, konfrans və görüşlərdən ibarət olduğunu bildirən jurnalist onu Qafqazın bu sektorda ən irimiqyaslı sərgisi adlandırır. D.Letisiya tədbirin telekommunikasiya sahəsində aparıcı şirkətlərin öz məhsul və xidmətlərini təqdim etməsi üçün şərait yaratmaqla yanaşı, yeni fikir və təcrübənin bölüşülməsi üçün platforma olduğunu bildirir. Jurnalist tədbirə Azərbaycan, Türkiyə, İsrail, İtaliya da daxil olmaqla, bir sıra Avropa dövlətlərindən, ümumilikdə, 200-dən çox şirkətin qatıldığını qeyd edir. Məqalədə Azərbaycan hökumətinin rabitə və yüksək texnologiyalar sahəsinə ayırdığı diqqət və qayğı barədə də danışılır.
Habelə bildirilir ki, İtaliya-Azərbaycan ticarət palatası rabitə və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən italyan şirkət və təşkilatlarını bu tədbirdə iştiraka təşviq edib. Məqalədə “Bakutel”in yerli şirkətlərin öz məhsullarını xarici bazarlara çıxarmaq üçün şərait yaratdığı da qeyd olunur.
Jurnalist “Bakutel-2016”nın təqdim etdiyi yeni layihələr arasında görmək qabiliyyətini itirmiş uşaqlar üçün audiokitabxana və muzey materialların rəqəmsal saxlanılması layihələrinin xüsusi maraq doğurduğunu vurğulayır. Məqalədə, həmçinin Azərbaycanda təşkil olunan çoxsaylı beynəlxalq sərgilərin Azərbaycan hökuməti ilə yanaşı BMT, Dünya Turizm Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı kimi təşkilatlar tərəfindən də yaxından dəstəkləndiyi diqqətə çatdırılır.

“Bakutel-2016” Türkiyə mətbuatında

“Bakutel-2016” səgisi Türkiyənin də bir sıra KİV-lərində geniş işıqlandırıldı. Onlardan biri kimi “haberler.com” saytı “Bakutel-2016” sərgisinə geniş yer ayırdı. “Türk Telekom International`a BAKUTEL 2016`da Büyük İlgi” başlıqlı yazıda göstərilirib ki, “Türk Telekom International”, Azərbaycanda təşkil edilən 22-ci “Bakutel-2016” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak edib. “Türk Telekom International” öz təklifləri ilə ziyarətçilərin böyük marağına səbəb olub.
“Türk Telekom”un beynəlxalq rabitə və məlumatların fəaliyyətlərinə cavabdeh olan “Türk Telekom International”, sərgiyə qatılaraq iştirakçı təşkilatlar üçün xüsusi təqdimat keçirib. Texnologiya dünyasının qabaqcıl şirkətlərinin qatıldığı, xüsusilə Avrasiya bölgəsinə məxsus və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəklənən sərgi çərçivəsində əhəmiyyətli danışıqlar reallaşdırılıb.
“Türk Telekom”un beynəlxalq gücünün önə çıxdığını yazan saytda göstərilir ki, sərginin açılış günü Prezident İlham Əliyev, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan da “Türk Telekom International”ın stendini ziyarət ediblər.
Sərgidə nazir Ahmet Aslan və nazir Ramin Quluzadə, eləcə də digər səlahiyyətli şəxslərin iştirakı ilə keçirilən görüşlərdə “Türk Telekom” un rəhbərliyi ilə başlanan və "fiber ipək yolu" olaraq tanınan TASİM (Trans-Avrasiya Super İnformasiya şoses) layihəsinin ən qısa müddətdə həyata keçirilməsi mövzusunda razılığa gəliblər.
“Bakutel-2016”da “Azin Telecom”un baş direktoru Leyla Məmmədova ilə İnformasiya Texnologiyaları və Əlaqə Təşkilatının (BTK) başçısı Ömər Fatih Sayan, BTK üzvləri ilə “Türk Telekom” un Topdan Müştəri İş bölümünün başçısı Yavuz Yıldırımın iştirakı ilə Azərbaycan ilə Türkiyə arasındakı rabitə keyfiyyətinin daha yüksək səviyyəyə qaldırılması üçün danışıqlar aparılıb.
“Türk Telekom International”un icraçı direktoru Mehmet Toros bildirib ki, “Bakutel” ilə əlaqədar qiymətləndirməsində "Türk Telekom”un beynəlxalq topdan rabitə və məlumatların infrastruktur satış və marketinq fəaliyyətlərindən məsul şirkəti olaraq hədəfimiz, şirkəti gələcəkdə ölkəmizi bölgənin məlumat mənbəyi etməkdir: “40 min kilometri keçən fiber-optik xarici şəbəkəmiz ilə Türkiyənin Avropa ilə Asiya arasında bir telekommunikasiya körpüsü və məlumatların qovşağı halına gəlməsi və qlobal mövqeyini daha da gücləndirməsi üçün çalışırıq. Bizim üçün Avrasiya bölgəsindəki potensial və mövcud beynəlxalq müştərilərlə görüşmək və yeni imkanlar əldə etmək üçün əhəmiyyətli bir platforma olan “Bakutel-2016”`da önemli görüşlər keçirərək fərqli ölkələrdəki yeni əməkdaşlıq imkanlarını müzakirəyə qoyduq. “Türk Telekom International”, Türkiyənin gücünü qlobal arenada göstərməyə davam edəcək”.
Sərgi ziyarətçiləri, “Türk Telekom International” stendində, şirkətin Orta və Şərqi Avropa, Türkiyə, Orta Şərq və Qafqaz bölgələrini də əhatə edən 40-dan çox ölkədə operatorları, alternativ daşıyıcıları, mobil operatorları, kabel TV şirkətləri, internet xidməti təmin edənlər və digər təşkilatların müştərilərinə təqdim etdiyi məhsullar haqqında məlumat əldə etmə fürsəti tapdı. “Türk Telekom International” sərgi boyunca beynəlxalq iştirakçıların maraq mərkəzi oldu.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
24.01.2017
“Sosial şəbəkələr gənclərimiz üçün çox əlverişlidir”
23.01.2017
“Bilik və təcrübələrimi daha da genişləndirmək üçün İKT-dən də geniş istifadə etməyə çalışıram”
19.01.2017
Cari ildə İKT sahəsində yeni tədbirlərin həyata keçirilməsinə başlanılıb
18.01.2017
2016-cı il İKT sahəsində bir çox yeniliklərlə yadda qaldı
17.01.2017
ADPU-da Elektron Universitet yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5244

1 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
2 “Bir ölkədə nə qədər çox savadlı kadr olarsa, ölkə bir o qədər güclü olar”
3 Neftçala Sənaye Zonasında iyulda avtomobil istehsalına başlanacaq
4 Yapon məktəblilərindən məktublar
5 «Bir mətbuat konfransının tarixi» sənədli filminin təqdimatı keçiriləcək
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info