Azərbaycanın karikaturaçı rəssamının Kiyevdə sərgisi açılıb
Tarix: 12.12.2016 | Saat: 19:58:00 | E-mail | Çapa göndər
Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın Əməkdar incəsənət xadimi Bayram Hacızadənin fərdi sərgisi açılıb.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən AZƏRTAC -a bildirilib ki, Taras Şevçenko adına Ukrayna Milli Muzeyində təşkil olunmuş “Bayram Hacızadənin satirik qrafikası” adlı sərgidə rəssamın beynəlxalq müsabiqələrdə və bienallarda mükafatlar almış, müxtəlif albom və kataloqlarda dərc olunmuş 70 əsəri nümayiş edilib.
Sərgidə Ukraynanın ictimaiyyət nümayəndələri, rəssamlar, mətbuat işçiləri, rəsmi şəxslər, eləcə də ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və Ukrayna Karikaturaçılar Assosiasiyasının birgə layihəsi olan bu sərgi karikaturaçı rəssam Bayram Hacızadənin yaradıcılıq fəaliyyətinin 30 illiyinə həsr olunub.
Rəssamın incə yumorla işlənmiş əsərlərində tolerantlıq ruhunun yüksək olmasını xüsusilə qeyd edən qonaqlar bu və bu kimi tədbirlərin iki ölkə arasında dostluğun və sıx əməkdaşlığın daha da yüksəldilməsinə xidmət edəcəyini vurğulayıblar.
On gün davam edəcək sərgi Ukraynanın mərkəzi televiziya kanallarında, eləcə də mətbuat səhifələrində geniş işıqlandırılıb.
Qeyd edək ki, rəssamın “Tolerantlıq” başlığı altında fərdi sərgiləri bu ilin axırına qədər Belarus, Rusiya, İsrail və Türkiyədə də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.10.2017
Yollar qovuşanda...
19.10.2017
Qusar Dövlət Ləzgi Dram Teatrı yeni səhnə əsərini təqdim edəcək
19.10.2017
Moskvada Azərbaycan Dövlət Rəqs Ansamblının konserti olacaq
19.10.2017
İçərişəhərdə gənc rəssamların əsərləri sərgilənəcək
19.10.2017
Bakıda V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7521

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 Yeni ictimai birlik fəaliyyətə başlayıb
3 “Həyat 50 yaşdan sonra başlayır”
4 Bakıda “Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcək
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
19.10 20:34 Yollar qovuşanda...
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info