“Şəki və onun tarixi hissəsi” UNESCO Ümumdünya İrs Siyahısına daxil edilə bilər
Tarix: 12.12.2016 | Saat: 20:41:00 | E-mail | Çapa göndər
Məlum olduğu kimi, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Parisdə UNESCO-nun baş qərargahında silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə hökumətlərarası komitənin 11-ci sessiyasında iştirakla bağlı səfərdədir.
Səfər çərçivəsində Sevda Məmmədəliyeva “Şəki və onun tarixi hissəsi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Dünya İrs Komitəsinə üzv ölkələr ilə danışıqlar aparıb. Nazirlikdən bildirilib ki, görüşdə komitə üzvləri tərəfindən Azərbaycanın quruma üzv kimi fəaliyyətinin mədəni irsin həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə qorunmasının bariz göstəricisi olduğu bildirilib. Görüş zamanı Sevda Məmmədəliyeva üzv ölkələrin diqqətinə çatdırıb ki, “Şəki və onun tarixi hissəsi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Azərbaycan tərəfindən təqdim olunan sənədlər toplusu peşəkarlar tərəfindən hazırlanıb və tələb olunan kriteriyaları özündə ehtiva edir. Tövsiyə olunub ki, Azərbaycan tərəfi digər ölkələrin bu istiqamətdə təcrübəsini nəzərdən keçirsin və gələcəkdə ortaya çıxacaq suallara əvvəlcədən hazırlığı təmin etsin. Qeyd edək ki, hazırda “İçərişəhər” Memarlıq Kompleksi və “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alır.




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
İsrail səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
25.04.2018
Naxçıvan mədəniyyət naziri təyin edilib
24.04.2018
Naxçıvanın milli iqtisadi quruculuq proseslərinə dair yeni kitab
24.04.2018
Xaçmazın üç kəndinə ilk dəfə təbii qaz verilib
24.04.2018
Neftçalada 39 min 555 nəfər kütləvi tibbi müayinədən keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9093

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info