Moskvada Heydər Əliyevin abidəsinin ucaldılması təklif olunur
Tarix: 13.12.2016 | Saat: 11:44:00 | E-mail | Çapa göndər
“Ulu öndər rus xalqının böyük dostu olub, onun xatirəsi Rusiyada yaşayır və bu ölkə qarşısında xidmətlərinə görə Heydər Əliyev abidəsinin Moskvada ucaldılması vacibdir”. Bu sözləri saytımıza açıqlamasında ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili söyləyib: "Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin miqyası elədir ki, o, Azərbaycan sərhədlərindən kənara çıxıb. Azərbaycan xalqının böyük lideri Heydər Əliyev görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi olub. 8Heydər Əliyevin keçmiş SSRİ-nin siyası və iqtisadi həyatında oynadığı rolu layiqincə qiymətləndirmək çox çətindir. O, müdrik siyasətçi olmaqla, ən çətin vəziyyətlərdə konstruktiv qərar tapmağı bacarıb bir çox illər ərzində Heydər Əliyevin aktiv fəaliyyəti iki xalqın ümumi tarixi ilə əlaqədar olub. O, Rusiya və Azərbaycan arasında əməkdaşlığın əsaslarını qoyub, bizim ölkələrimiz arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə böyük şəxsi töhfə verib. Mən Moskvada yaşayan minlərlə azərbaycanlı və digər millətin nümayəndələrini tanıyıram ki, Uu Öndərin anım günlərində ona öz ehtiramlarını bildirmək istəyirlər. Lakin Ulu Öndərin Moskvada yeganə abidəsinin Azərbaycanın Rusiyadakı səfirliyində olması və anım günlərində oranı hər kəsin ziyarət edilməsinə şəraitin yaradılmaması minlərlə Heydər Əliyev Şəxsiyyətinə hörmət və ehtiram bəsləyən insanlarda ciddi və haqlı narazılıq yaradır. Bu halları nəzərə alaraq Rusiyada Yaşayan azərbaycanlıları və Ulu Öndərə sevgisi, sayqısı olan hər kəsi Heydər Əliyevin Abidəsinin Moskvada ucaldılması təklifinə dəstəy verməyə çağırıram. Hesab edirəm bu təşəbbüsə diaspor nümayəndələri, Rusiyada yaşayan azərbaycanlı iş adamları daha fəal olmalıdırlar. Heydər Əliyev xalqımız üçün bir dəyərdir. Müasir Azərbaycanın qurucusunu bütün dünyaya təqdim etmək bizim can borcumuzdur. Hesab edirəm nəinki Moskvada, bütün Slavyan ölkələrində Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsinə nail olmalıyıq. Biz sadəcə olaraq borcumuzu şərəflə yerinə yetirməliyik".

Fuad





 
Bölməyə aid digər xəbərlər
01.03.2017
“Bakı ilə birbaşa aviareysin açılmasında maraqlıyıq”
01.03.2017
“Biz UEFA olaraq, daim AFFA-nı dəstəkləyirik”
28.02.2017
“Separatçı rejimin məhv edilməsi beynəlxalq terrorizmə qarşı real mübarizənin başlanğıcı olacaq”
28.02.2017
Binəli Yıldırım: “Azərbaycanın haqlı mübarizəsində hər zaman onun yanındayıq”
27.02.2017
Macarıstan Avropa Birliyinin kvotasına riayət etməyəcək

Şərh əlavə olunmayıb



    ,    
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Aydan Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5593

1 Hansı təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçiriləcək?
2 “Xaricdə təhsil gənclərimiz üçün böyük təcrübədir”
3 Gürcüstanda Xocalı haqqında iki videoçarx təqdim olunub
4 Ad gününə dörd gün qalmışdı
5 “Qarabağ mövzusunda keçirdiyimiz maarifləndirici tədbirlərin nəticəsini görə bilirik”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info