IV Bakı Teatr Konfransı beynəlxalq mətbuatda
Tarix: 13.12.2016 | Saat: 12:02:00 | E-mail | Çapa göndər
Ölkəmizdə keçirilmiş IV Bakı Beynəlxalq Teatr Konfransı haqqında beynəlxalq mətbuatda yazı dərc olunub. Material Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) üzv olduğu beynəlxalq ASSİTEJ-in bu ay üçün nəşr olunmuş elektron bülletenində işıq üzü görüb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “IV Baku İnternational Theater Conference” başlıqlı yazıda “Teatr və multikulturalizm” mövzusunda paytaxtımızda keçirilmiş IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində ADGTT-də baş tutmuş beynəlxalq ASSİTEJ prezidentləri və nümayəndələrinin iclası yer alıb.
Yazıda göstərilir ki, iclasda ASSİTEJ-Gürcüstan Milli Mərkəzinin prezidenti Sofi Dekanozişvili, ASSİTEJ- Xorvatiya Milli Mərkəzinin prezidenti Leo Vukeliç, Hindistan Kukla Teatrının direktoru, rejissor Mina Naik, ASSİTEJ-İran Milli Mərkəzinin nümayəndələri, məşhur teatr tənqidçiləri Əli Xoşqoftar, Fatemeh Fəridan, Habibə Meşkanlu, Sayid Kazemian, Simin Amirianin, Türkiyə Dövlət Teatrları sənətçisi, rejissor Ülviyyə Karaca, eləcə də ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin üzvlərinin iştirak edərək, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra məsələlərə toxunublar. Yazıda, həmçinin bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən konfransda dünyanın 40-a yaxın ölkəsindən təqribən 150 teatr xadimi – teatr tənqidçiləri, aktyorlar, rejissorlar, rəssamlar, beynəlxalq teatr qurumlarının prezidentləri iştirak ediblər. Konfrans çərçivəsində həyata keçirilmiş görüşlə yanaşı, plenar iclaslar, treninq və seminarlar haqqında da məlumat verilib.
Yazı ilə aşağıdakı link vasitəsilə daha yaxından tanış ola bilərsiniz:
http://www.assitej-international.org/en/2016/12/iv-baku-international-theater-conference/


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.04.2018
Natali Portman İsrailin nüfuzlu mükafatından imtina edib
20.04.2018
Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində işıq üzü görüb
20.04.2018
Mayası gülüş və musiqi ilə yoğurulmuş ömür
20.04.2018
Füzuli Dram Teatrında “Ələddinin sehrli çırağı”
18.04.2018
El şairləri ədəbi proseslərdə yaxından iştirak edirlər

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9054

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 “Ermənistan bu gün geosiyasi və geoiqtisadi baxımdan özünütəcrid vəziyyətindədir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info