Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı ünvanını qoruyur
Tarix: 13.12.2016 | Saat: 14:11:00 | E-mail | Çapa göndər
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 105 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 17 mlrd. 806,4 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 10 mlrd. 848,4 mln. dollar, idxalın dəyəri 6 mlrd. 958 mln. dollar təşkil edib, nəticədə 3 mlrd. 890,4 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.
Ticarət dövriyyəsinin 37,6%-i Avropa İttifaqı (Aİ) ölkələri, 12,1%-i MDB üzvü dövlətləri, 50,3%-i isə dünyanın digər ölkələrinin payına düşüb.
İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, təbii qaz, neft məhsulları, meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsulları, oduncaq və ondan hazırlanan məmulatların xüsusi çəkisi üstünlük təşkil edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.11.2017
Fransa XİN: “Biz Dağlıq Qarabağı tanımırıq”
23.11.2017
“Qarabağ münaqişəsi ilə postsovet məkanında separatizm və millətlərarası qarşıdurmanın əsası qoyulub“
22.11.2017
Rusiya, İran və Türkiyə liderləri Suriya ilə bağlı bəyanat qəbul ediblər
22.11.2017
“Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir”
22.11.2017
“İkili standartlar” siyasəti etnik separatçılığa qarşı qətiyyətli mübarizə aparılmasına mane olur”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7757

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
3 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Latviyada məktəblərin yarısı bağlanır
23.11 13:09 DYP işçi axtarır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info