Rusiya adaları Yaponiyaya qaytaracaqmı?
Tarix: 13.12.2016 | Saat: 20:04:00 | E-mail | Çapa göndər
Vladimir Putin: “1956-cı ildə imzalanan bəyannamədə adaların hansı şərtlər və suverenlik altına qaytarılması qeyd edilməyib”

Rusiya dövlət başçısı Vladimir Putin Yaponiya səfəri öncəsi bu ölkənin televiziyasına müsahibə verib. Putin müsahibəsində qeyd edib ki, onların rəsmi Tokio ilə ərazi problemləri yoxdur: “Biz yox, Yaponiya hesab edir ki, onların ərazi problemi var. Amma biz müzakirəyə hazırıq”.
Putin qeyd edib ki, Rusiya ilə Yaponiya arasında sülh müqaviləsinin imzalanmaması keçmişdən qalma səhvdir. Prezidentin sözlərinə görə, tərəflər arasında 1956-cı ildə diplomatik əlaqələr bərpa olunarkən sonradan münasibətlərin inkişafı üçün baza əsasları yaradılmayıb. O, müsahibəsində etimad, dostluq və əməkdaşlıq atmosferi yaratmağa çağırış edib. İqtisadi əməkdaşlıqla yanaşı, beynəlxalq təhlükəsizliyin təmin olunması sahəsində də geniş əməkdaşlığa ehtiyac olduğu qeyd edilib. Kuril adaları ilə bağlı məsələyə toxunan Putin bildirib ki, adada Yaponiyanın suverenliyi şərti ilə hansısa təsərrüfat işlərinin həyata keçirilməsi haqqında danışmaq doğru deyil. Çünki ilk addımda Yaponiyanın suverenliyi haqqında danışanda, ikinci addıma ehtiyac qalmır. Putin xatırladıb ki, 1956-cı ildə imzalanan bəyannamədə sülh sazişinin imzalanması və sonralar Yaponiyaya iki adanın verilməsi qeyd edilib, amma orada şərtlər və suverenliklə bağlı heç nə yazılmayıb: “Siz sənədi diqqətlə oxusanız görərsiniz ki, biz əvvəlcə sülh sazişi imzalamalıyıq, bundan sonra bəyannamə qüvvəyə minir, iki ada qaytarılır. Amma hansı şərtlər və suverenlik altına qaytarılması qeyd edilməyib”. Putin adada birgə iqtisadi fəaliyyətin mümkünlüyünü istisna etməyib. Qeyd edək ki, Yaponiya 1855-ci ildə imzalanan ticarət və sərhəd haqqında ikitərəfli sənədə əsasən İturup, Kunaşir, Şikotan və Habomai adalarına iddia edir. Yaponiya bu adaların qaytarılmasını Rusiya ilə imzalanacaq sülh müqaviləsi üçün şərt qoyur. Moskva hesab edir ki, cənubi Kuril İkinci Dünya müharibəsinin nəticələrinə əsasən SSRİ-nin tərkibinə keçib. Buna görə də adalar üzərində Rusiyanın suverenliyi beynəlxalq hüquqa əsaslanır. Putin bildirib ki, Yaponiya qarşılıqlı əməkdaşlıq çərçivəsində üzərinə götürəcəyi öhdəliklərə əməl edəcəyinə təminat verməlidir: “Rusiya həm bu gün, həm də gələcək üçün təminat istəyir. Yaponiya Rusiyanın əleyhinə sanksiyalara qoşulub. İndi Yaponiya bu halda müttəfiqləri qarşısında öhdəliklərini pozmadan bunlara necə əməl edəcək? Biz buna cavab verə bilmərik. Buna ancaq Yaponiya cavab verə bilər”. Putin misal kimi Qara dənizin dibi ilə qaz kəməri çəkməkdən imtina edən Bolqarıstanı göstərib: “Aydın oldu ki, Bolqarıstan layihədən imtina edir. Ona görə də biz də imtina etməyə məcbur qaldıq. Buna görə milyonlarla dollar ziyana düşdük. Yenidən eyni situasiyaya düşmək istəmirik”. Putin Yaponiya televiziyasına müsahibəsində ABŞ-la münasibətlərə də toxunub. ABŞ-ın yeni seçilmiş prezidenti Trampla istənilən vaxt görüşməyə hazır olduğunu deyən Putin hesab edir ki, ən yaxşısı onun komandasını formalaşdırması və səlahiyyətlərinin icrasına başlamasını gözləməkdir: “Əgər Rusiya və ABŞ bir neçə il əvvəl səylərini birləşdirsəydi, terrorizm, miqrantlar və digər dünya səviyyəli problemlər bu qədər kəskin olmazdı. Əgər, həmin vaxtda əməkdaşlıq edilsəydi, dünyanın qarşılaşdığı bir çox problemlərdən qaçmaq mümkün olardı. Rusiya və ABŞ-ın dərin və fundamental maraqları iki dövlət arasında münasibətlərin normallaşmasını tələb edir. Biz hesab edirik ki, regional konfliktlərin neytrallaşması istiqamətində çox işlər görə bilərik. Kosmosdan dinc məqsədlər üçün istifadə ilə bağlı birgə işlər həyata keçirə bilərik. Bunun üçün, sadəcə, xoş niyyət və qarşılıqlı maraqların nəzərə alınması lazımdır. Bildiyim qədərincə, ABŞ-ın yeni seçilmiş dövlət başçısı belə əməkdaşlığa hazırdır. Real praktikanın necə olacağı bəlli deyil. Bunun üçün onun rəsmi şəkildə vəzifəsinin icrasına başlamağını gözləmək lazımdır”. Putin onu da qeyd edib ki, Trampın “Amerikanı yenidən böyük dövlət edəcəyik” sözləri münasibətlərdə problem yaratmayacaq: “ABŞ böyük dövlətdir, amerikalılar böyük xalqdır. Amma onların müstəsna olduğunu demək çox yanlışdır. Obama amerikalıların müstəsna olması ilə bağlı tezis səsləndirirdi. Bu, doğru deyil. Rusiya indiki ABŞ administrasiyası ilə normal münasibətlər saxlamaq istəyib. Amma həlledici istiqamətlər üzrə bu, alınmayıb. Amma bu, bizim günahımızdan olmayıb”.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
26.05.2017
OPEK-in qərarı neftin qiymətinə necə təsir edəcək?
26.05.2017
Tereza Mey internetdə ekstremist materialların blok olunmasına çağırır
26.05.2017
Rusiya Xəzər dənizində antiterror təlimləri keçirib
26.05.2017
Türkiyədə Qarabağ parkı açılıb
25.05.2017
Britaniya ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlığı dayandırdı

Şərh əlavə olunmayıb



    ,    
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6566

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 Müsabiqəyə rekord sayda vakant müəllim yeri çıxarılacaq
5 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info