Birgə müəssisə yaradılıb
Tarix: 13.12.2016 | Saat: 20:16:00 | E-mail | Çapa göndər
Yeni müəssisə Azərbaycanda dənizçilik sahəsində müasir mühəndislik mərkəzi olacaq
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Odessa Dəniz Mühəndisliyi Bürosu birgə müəssisənin yaradılması haqqında razılığa gəlib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən bildirilib ki, Xəzər Dəniz Mühəndisliyi Bürosunun yaradılması haqqında sazişi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Odessa Dəniz Mühəndisliyi Bürosunun direktoru Gennadi Yeqorov imzalayıblar. Gəmiçilik və gəmiqayırma sahəsində yüksəkkeyfiyyətli, elmi biliklərə əsaslanan layihələrin hazırlanması ilə tanınan Odessa Dəniz Mühəndisliyi Bürosu həm də kompleks elmi tədqiqatları həyata keçirir. Büronun indiyədək hazırladığı 86 layihə üzrə ümumilikdə 307 müxtəlif təyinatlı gəmi inşa edilib. Bütün layihələr gəmiçilik şirkətləri üçün iqtisadi səmərəlilik, təhlükəsizlik, insan həyatının və ətraf mühitin qorunmasını nəzərdə tutan beynəlxalq konvensiyaların tələblərinə uyğun reallaşdırılıb. Bu layihələr Böyük Britaniya Krallığının Gəmi Mühəndisləri Cəmiyyəti (RİNA), ABŞ-ın Gəmiqayırma və Dəniz Mühəndisləri Cəmiyyəti (SNAME), Dəniz qurğuları və gəmi gövdələrinin layihələdirilməsi üzrə Beynəlxalq Komitə (ISSC 2018) kimi beynəlxalq təşkilatların üzvü, Ukrayna Nəqliyyat Akademiyasının akademiki, texnika elmləri doktoru, professor Gennadi Yeqorovun rəhbərliyi ilə gerçəkləşdirilib. İmzalanma mərasimində Rauf Vəliyev yeni müəssisənin Azərbaycanda dənizçilik sahəsində müasir mühəndislik mərkəzi olacağını bildirib. Onun sözlərinə görə, belə bir müəssisənin yaradılması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üçün mühüm addımdır. Yeni yaradılan Xəzər Dəniz Mühəndislik Bürosu layihə-konstruktor işləri, eyni zamanda müxtəlif təyinatlı gəmi layihələrinin hazırlanması, gəmilərin və üzən qurğuların təmiri, modernləşdirilməsi və istismarı üçün zəruri texniki sənədlərin işlənməsi, bu sahədə mütəxəssislərin hazırlanması, elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirəcək. Birgə müəssisə proqram təminatı və məlumat bazalarının yaradılmasını da təşkil edəcək. Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Odessa Dəniz Mühəndisliyi Bürosunun mütəxəssislərinin uzunmüddətli texniki müzakirələri nəticəsində hazırlanan layihələrə əsasən cari ilin oktyabr və noyabr aylarında Bakı Gəmiqayırma Zavoduna 2 unikal Ro/Pax gəmi-bərənin və 2 tankerin tikintisi sifariş olunub.




 
Bölməyə aid digər xəbərlər
23.04.2018
Gəncə Uşaq-Gənclər İdman-Şahmat Məktəbi yeni bina ilə təmin olunub
23.04.2018
Tovuzlu oyma ustası el sənətini gənclərə öyrədir
23.04.2018
Formula 1 yarışı ilə əlaqədar Bakının bir sıra yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılıb
21.04.2018
İnam Kərimov kənd təsərrüfatı naziri təyini edilib
21.04.2018
Rövşən Rzayev “Qaçqınkom”a sədr təyin olunub

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9081

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info