Əli Əmirlinin pyesi Kalmık teatrında təqdim olunacaq
Tarix: 13.12.2016 | Saat: 20:34:00 | E-mail | Çapa göndər
Dekabrın 16-17-də Rusiya Federasiyasının Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərində Əməkdar İncəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin “Zalamca” pyesi əsasında hazırlanmış “Gözlə məni” tamaşasının premyerası olacaq. Azərbaycanlı dramaturq pyesi Kalmık Milli Dram Teatrının sifarişi ilə yazıb.
Əli Əmirli AZƏRTAC-a bildirib ki, pyesi kalmık ədəbiyyatının görkəmli nümayəndəsi, mühacirətdə yaşayıb yaratmış Sandji Balıkovun “Zalamca” povestinin motivləri əsasında qələmə alıb.
Janrını “tale dramı” kimi müəyyən etdiyi əsərdə dramaturq Don sahilində, ucsuz-bucaqsız kalmık çölündə azad və firavan yaşayan qədim bir xalqın Oktyabr inqilabından əvvəlki xoşbəxt həyatını və inqilabdan sonrakı faciələrini, emiqrasiya və qaçqınlıq müsibətlərini konkret bir ailənin timsalında əks etdirib.
Atçılıqla məşğul olan varlı sahibkarın ərköyün qızı Zalamcanın dramatik həyatı, çətin sınaqlara məruz qalan və bu sınaqlardan mənəvi qələbə ilə çıxan məhəbbəti əsərin əsas süjet xəttini təşkil edir.
Kalmık Milli Dram Teatrının aparıcı aktyorlarının iştirakı ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Azərbaycanın və Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovdur.
Görkəmli rejissor “Zalamca”dan əvvəl 2014-cü ildə həmin teatrda Əli Əmirlinin “Sevən qadın” əsərini rus dilində tamaşaya qoymuşdu.




 
Bölməyə aid digər xəbərlər
17.02.2018
“Balaca şahzadə” tamaşası Heydər Əliyev Sarayının səhnəsində
17.02.2018
Tanınmış rəssam Alfons Muxanın sərgisi açılıb
16.02.2018
Emin Sabitoğlu haqqında yeni kitab nəşr olunub
15.02.2018
“Müsəlman dünyasının islahatı” kitabı Strasburqda çapdan çıxıb
14.02.2018
Bakıda Sven Marquardın sərgisi açılacaq

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8421

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info