Naxçıvanda dəqiq fənlər üzrə olimpiadanın birinci mərhələsi yekunlaşıb
Tarix: 14.12.2016 | Saat: 12:24:00 | E-mail | Çapa göndər
Muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında fənn olimpiadalarının birinci mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, muxtar respublikanın şəhər və rayonlarında, ümumilikdə, 1018 nəfər şagirdin iştirak etdiyi olimpiada Azərbaycan dili, riyaziyyat, fizika, kimya, biologiya və ingilis dili fənləri üzrə 7, 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında təşkil olunub. Bu mərhələdə şagirdlərə 20 qapalı və 10 açıq tipli olmaqla, ümumilikdə, 30 test sualını cavablandırmaq üçün iki saat vaxt ayrılıb.
Dekabrın 20-dək fənn olimpiadasının birinci mərhələsində qalib gələn şagirdlərin adı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində yaradılmış təşkilat komitəsi tərəfindən dəqiqləşdiriləcək və onlar muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Gələn ilin yanvar ayında keçiriləcək olimpiadanın muxtar respublika mərhələsində münsiflər heyəti tərəfindən tədris proqramına əsasən, 20-30 açıq test sualı təqdim olunacaq.
Olimpiadanın final mərhələsində qalib gələn şagirdlər muxtar respublika təşkilat komitəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Belarusun nümayəndə heyəti Qəbələyə səfər edib
08.12.2017
Cəlilabadda humanitar aksiyada 150 nəfər qan verib
08.12.2017
Atabəy Eldəgəzin adı olan mis pullar tapılıb
08.12.2017
Tovuzda 170 min tona yaxın kartof toplanıb
08.12.2017
İçərişəhərdə sərgi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7896

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info